Aprel döyüşlərində komaya düşən əsgərimiz vəfat etdi

Aprel döyüşlərində komaya düşən əsgərimiz vəfat etdi

10 İyul 2016 12:36
257
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-də cəbhə xəttindəki döyüşlərdə ağır yaralanaraq, həmin zamandan komada olan, əslən Şəkidən olsa da, ailəsi ilə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Qara oğlu Tağıyev bu gün dünyasını dəyişib.

Ailəsinin istəyi ilə şəhid, bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev, 18 ildir ki, Milli Orduda xidmət edirdi. (Bizimyol)

Mediainfo.az