Xaricdə təhsil alan tələbələrimizdən əsgərlərə dəstək - FOTOLAR

Xaricdə təhsil alan tələbələrimizdən əsgərlərə dəstək - FOTOLAR

7 Aprel 2016 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Xaricdə yaşayan tələbələrimiz 1 həftə ərzində ordumuza dəstək nümayişləri keçiriblər.

Son olaylardan sonra bütünləşən Azərbaycan xalqı, Azərbaycan gəncliyi dünyaya əsl həmrəyliyin necə olduğunu göstərir. İstər dəstək yürüşləri, istər şəhidlərimizin dəfn mərasimlərindəki insan sıxlığı bir daha onu göstərdi ki, bu xalq qorxmur, vahiddir, vətən üçün hər şeyə hazırdır.

Xalq öz birliyini nəinki Bakıda, rayonlarımızda, hətta digər böyük dövlətlərdə keçirdikləri nümayişlərlə göstərirlər. Xaricdə keçirilən aksiyalarla orada yaşayan tələbərimiz ordumuza dəstək nümayiş etdirir və hər zaman döyüşə hazır olduqlarını qeyd edirlər. London, Berlin, Riqa, Kiyev, Roma, İstanbul, Ankara, Moskva və digər böyük şəhərlərdə keçirilən dəstək aksiyalarının davamlı olacağı və başqa şəhərlərdə də baş tutacağı gözlənilir. (ölkə)

TÜRKİYƏ


ALMANİYA


İTALİYA


KİPR


UKRAYNA


Mediainfo.az