Mehriban Əliyeva şəhid anaları və xanımları ilə görüşəcək- "Heydər" məscidində

Mehriban Əliyeva şəhid anaları və xanımları ilə görüşəcək- "Heydər" məscidində

7 Aprel 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva şəhid anaları və ailə üzvləri ilə görüşəcək.

Görüş saat 13:00-da "Heydər" məscidininin mərasim zalında baş tutacaq.

Görüşdə şəhidlərin anaları və xanımlarının iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, aprel ayının 2-dən təmas xəttində düşmənlə döyüşlərdə 31 hərbçimiz şəhid olub.

Mediainfo.az