Ermənilər Tərtərdə olan jurnalistlərimizi hədəfə alıblar

Ermənilər Tərtərdə olan jurnalistlərimizi hədəfə alıblar

6 Aprel 2016 13:04
271
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.

Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutub.

Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olublar. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən, mərmi kənarda yerə düşüb.

Avtomobildə AZƏRTAC-ın və Associated Press-in əməkdaşları olub. (Azərtac)

Mediainfo.az