Hakerlərimiz Ermənistanın rəsmi səhifəsini dağıdıb - FOTO

Hakerlərimiz Ermənistanın rəsmi səhifəsini dağıdıb - FOTO

6 Aprel 2016 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Anti-armenia Team" adlı Azərbaycanlı hakerlər qrupu Rusiyanın Ermənistandakı səfirliyinin rəsmi twitter səhifəsini dağıdıb.

Rusiyanın atəşi dayandırmaqla bağlı verdiyi bəyanata etiraz edən hakerlər, səfirliyin rəsmi twitter səhifəsində -"Rusiya görür ki, Azərbaycan ordusu Ermənistana layiqli cavab verir, dərhal atəşi dayandırmağı tələb edir. Yaxşı olar ki, Ermənistana özgə torpaqlarında nə işi olduğunu soruşasınız?!" - deyə mətn yerləşdirib. (Bizimyol)

Mediainfo.az