Erməni terrorçu türkləri və azərbaycanlıları hədələdi - VİDEO

Erməni terrorçu türkləri və azərbaycanlıları hədələdi - VİDEO

6 Aprel 2016 11:05
Bəyəndim (0) Bəyənmədim (0)
ASALA-nın lideri Qarabağa gəlib

ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib.

O, yaydığı videomüraciətdə dəstəsini toplayaq gəldiyini, türklərdən qisas alacağını bildirib:

"Arsax erməni torpağıdır və türklər, azərbaycanlılar onu bizdən ala bilməzlər. İndi onlar hücuma keçiblər. Biz hamımız birləşib, bir olub, Arsaxın müdafiəsinə qalxmalıyıq. Hamımız burada toplaşıb, Arsaxı qorumalıyıq. Bura hər zaman erməni torpağı olub və bizim əlimizdən heç kim ala bilməz",- deyə o, videoda Livan ermənisinə məxsus Axbar ləhcəsilə danışır. (Azvision)

Mediainfo.az