Nazirlik yaralılara yardım üçün həkim briqadaları göndərdi

Nazirlik yaralılara yardım üçün həkim briqadaları göndərdi

5 Aprel 2016 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi cəbhə bölgəsində yaralananlara yardım göstərmək üçün 6 həkim briqadası göndərib.

Bu barədə virtualaz.org-a nazirlikdən məlumat veriblər.

Hazırda respublikanın baş cərrahı Hacıqulu Hüseynov da cəbhə bölgəsindədir. "Cəbhə bölgəsindəki xəstəxanalara tibbi ləvazımat, ağrıkəsici və antibiotik də daxil olmaqla yüzlərlə dərman göndərilib. Yaralılar yerli xəstəxanalarda cərrahiyyə əməliyyatı edilir", - deyə nazirlikdən əlavə ediblər.

Nazirlikdən onu da qeyd ediblər ki, yaralıların müalicəsi nəzarətdədir. Qana olan tələbat da ödənilir.

Mediainfo.az