Şəhid olmuş Cəbrayılov Ömər dəfn edildi - AĞDAŞDA - FOTO

Şəhid olmuş Cəbrayılov Ömər dəfn edildi - AĞDAŞDA - FOTO

5 Aprel 2016 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu bu gün doğulduğu Ağdaş rayonunda dəfn edilib.

apa-nın yerli bürosunun xəbərinə görə, şəhid Ömər Cəbrayılov Ağdaş rayonunun Şəkili kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağdaş Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon sakinləri də iştirak edib. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Mərasimdə şəhidin atası Məzahir Cəbrayılov oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin qardaşı, Şəkili kənd orta məktəbinin 9-cu sinif şagirdi Musa Cəbrayılov qardaşı Ömərlə qurur duyduğunu, iki ildən sonra hərbi xidmətə gedərək düşmənlərdən qardaşının qisasını alacağını bildirib.

Qeyd edək ki, şəhid Ömər Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.

Mediainfo.az