Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu

Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu

4 Aprel 2016 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub.

Bu barədə mətbuata Sərdar Cəlaloğlunun köməkçisi məlumat verib.

O bildirib ki, S. Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsində zabit kimi xidmət edib. R. Məmmədov bu gün döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Rasim Məmmədov mayor rütbəsi daşıyıb. Onun atası da birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olub.

Allah rəhmət eləsin.

Mediainfo.az