Almaniyadakı türklərdən erməni işğalına dəstək gəldi!

Almaniyadakı türklərdən erməni işğalına dəstək gəldi!

6 Avqust 2011 19:55
Bəyəndim (0) Bəyənmədim (0)
"D.Q.R"-in 20-ci ildönümünə həsr olunan tədbiri türk maliyyələşdirir

Facebook-da yayılan məlumata görə, "Almaniyanın Ştutqart şəhərində qondarma "Dağlıq Qarabağ respublikasının" 20-ci ildönümünə həsr olunan tədbir keçirilməsi planlaşdırılır. Təşkilati və maddi dəstək Tübingendə yaşayan türk Şahin Özçelik tərəfindən həyata keçirilir".

Bu məlumatı Oxumeni.az saytı Oxu Məni qəzetinin sabiq əməkdaşı, hal-hazırda Almaniyada yaşayan Fəxri Hacıbəyli vasitəsilə əldə etmişdir. Müəllif xəbəri ürək ağrısı ilə qələmə alaraq şərh bölümündə əlavə etmişdir: "Bəs necə olmalı idi, bizcə? Bir ölkənin ki diaspora fəaliyyətinə maşın alverçisi, prorab, sifətindən kəsalət yağan Tofiq Qarayev kimiləri rəhbərlik edə, bundan başqa nə gözlənilə bilər? "

Sözsüz ki, hər bir azərbaycanlı kimi müəllifin də həyəcanını başa düşmək olar. Məsələ hansısa tədbirin həyata keçirilməsindən və ya qanunsuz olub-olmamasından getmir. Bizi daha çox Türk-Azərbaycan diaspor təşkilatlarının koordinasiyalı fəaliyyət göstərməməkləri narahat edir. Digər tərəfdən, istər Azərbaycanın Almaniyadakı səfirliyi, istərsə də yerli diaspor təşkilatlarımızın mövcud məsələyə biganəliyi dünya azərbaycanlılarının haqlı narazılığına səbəb olur.

Azərbaycan qanuni yollarla öz torpaqlarında qayda-qanunu bərpa etməyincə Qarabağda qanunsuzluq yeganə qanun olaraq qalacaq.

Natiq Qocaman

O.M.