Edvard Nalbandyan çıxışına yaltaqlıqla başladı

Edvard Nalbandyan çıxışına yaltaqlıqla başladı

8 İyul 2011 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan jurnalistlərlə brifinqində Qarabağ problemləri ətrafında son vəziyyəti müzakirə etdi. O, "Siz yaxın günlərdə Dağlıq Qarabağ məsələsi ətrafında razılaşdırılmış prinsiplər üzrə irəliləyişlərin olacağını gözləyirsiniz" sualına özünəməxsus tərzdə cavab verdi: "Biz Dmitri Anatoliyeviç Medvedevə minnətdarıq ki, tərəfləri razılaşdırılmış Əsas prinsiplər üzrə yekdil fikrə gətirməyə çalışır. Biz məhz bu fikirlə, müsbət əhvalla Kazana yollanmışdıq. Əgər Azərbaycan Kazanda irəli sürdüyü 10 yeni əlavəsini geri çəksə, bu cür irəliləyiş gözlənilə bilər."

Nazirin suala yaltaqlıqla cavab verməyə başlaması onun hansı dövləti təmsil etdiyini bir daha göstərdi...

Hafiz Əhmədov

O.M.