Ermənistan baş nazirinin müşaviri uşaqbazlıqda ittiham olunur

Ermənistan baş nazirinin müşaviri uşaqbazlıqda ittiham olunur

7 İyul 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
O, oğlan uşaqlarını 300 dollara yoldan çıxarırdı

Ermənistan Respublikasının baş nazirinin müşaviri Serob Ter-Poqosyan uşaqları yoldan çıxararaq, onlara cinsi təcavüz etdiyi üçün həbsə alınıb. O, həm də Axtala dağ-mədən emalı kombinatının sahibidir. Dünən müttəhim ilk dəfə olaraq Lori vilayət məhkəməsinin qarşısına çıxıb.

Cari iş Ermənistan cəmiyyətini narahat etməyə başlayıb. Belə ki, 09 iyunda Ermənistan Baş Prokurorluğu müttəhimin günahını sübuta yetirərək, işi baxılması üçün məhkəməyə göndərib.

İlkin istintaqın gəldiyi nəticəyə görə, Ter-Poqosyan 2004-2010-cu illər ərzində Lorinin Axtala şəhərində müxtəlif adlar altında uşaqlar üçün tədbirlər keçirirdi. Xeyriyyəçilik pərdəsi altında təşkil olunmuş şənliklərə əsasən körpələr evinin, kasıb ailələrin uşaqları dəvət olunurdu. Hətta bu barədə Ermənistan KİV-ləri zamanında silsilə yazılar da yazmışdılar. Beləcə, seksual manyakı bilmədən xeyriyyəçi kimi qələmə vermişdilər. Halbuki, Ter-Poqosyan potensial qurbanlarını əyləndirdiyi zaman onlar haqqında məlumatlar toplayır, video, foto görüntülərini yığırdı. Bu yolla ən köməksizlərin siyahısını hazırlayırdı. Daha doğrusu, əsasən valideynləri və ya atası olmayan, ehtiyac ucbatından uşaq evlərinə atılan körpələr manyakın diqqətini özünə cəlb edirdi. Nədənsə onu daha çox oğlan uşaqları maraqlandırırdı.

Növbəti mərhələdə Ter-Poqosyan uşağı otağına gətizdirərək, ona 300 dollar pul verir, əvəzində ağıla gələn və gələ bilməyən seksual xarakterli istismara məruz qoyurdu.

Ermənistan Respublikasının cinayət məcəlləsinin 139-cu maddəsinin 2 və 3-cü bəndləri üzrə müttəhimi 4-10 və ya 8-15 il azadlıqdan məhrum edilmə cəzası gözləyir. Təbii ki, müttəhim özünü təqsirsiz sayaraq, barəsində qaldırılmış ittihamı "kloun" hərəkəti adlandırır. Bu isə onu deməyə əsas verir ki, müttəhim rüşvət müqabilində azadlığa çıxacağına əmindir.

Son söz əvəzi:

Erməni kimdir? Xeyriyyəçilik pərdəsi altında uşaqların ləyaqətini alçaldan biznesmen. Vəzifə səlahiyyətlərini aşaraq qanunlara məhəl qoymayan dövlət məmuru. Öz günahını ört-basdır etməyə çalışan riyakar. Rüşvət hesabına ən ağır cinayətə göz yummağa hazır olan hakim. Və nəhayət, Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyanın sözü ilə desək: "Bizim üçün erməni o şəxsdir ki, özünü erməni hiss etsin. Dil, din, yaranma mənbəyi vacib deyil, vacib olan hissiyyatdır. "Erməni kimdir" sualı dəfələrlə müxtəlif ölkələrin tribunalarından səslənib, ona görə də açıqlama vermək gərək idi".

Natiq Qocaman

O.M.