AŞPA Ermənistanı siyasi böhranlı ölkə adlandırdı

AŞPA Ermənistanı siyasi böhranlı ölkə adlandırdı

1 İyul 2011 00:10
Bəyəndim (0) Bəyənmədim (0)
1827 saylı qətnamədə iqtidara əməli addımlar atmaq tövsiyə edilir

AŞPA-nın 4 qətnaməsində Ermənistandakı siyasi böhranın aradan qaldırılmadığı vurğulanır. Bu barədə məlumatı Ermənistan Milli Konqresinə istinadən Hetqonline saytı yayıb. Xəbərdə bildirilir ki, müxalifətyönlü Milli Konqresin xarici əlaqələr komissiyasının üzvü Vladimir Karapetyan bu gün jurnalistlərə açıqlamasında qeyd edib ki, AŞPA-nın sonuncu hesabatında Ermənistan siyasi böhranlı ölkələr sırasında öndə gedir və vəziyyətdən çıxış yolları kimi müxalifətlə dialoq göstərilir. İqtidar danışıqlara getmək istəmir. Ermənistan Milli Konqresi isə öz növbəsində növbədənkənar seçkilər keçirilməsində israrlıdır. AŞPA-nın 1827 saylı qətnaməsində Ermənistan rəhbərliyinə parlamentdən kənar müxalifətlə dialoq tövsiyə edilir. Bu ölkənin parlamentinə isə konstitusion islahatlara başlamaq məsləhət görülür. Xatırladaq ki, iqtidarın hədə-qorxularına baxmayaraq, sabah Ermənistanda müxalifətin növbəti icazəsiz etiraz mitinqi keçiriləcək.

Ermənistanda bataqlıq sindromu hökm sürür. İstənilən hərəkət cəmiyyəti daha da dərinə batırır...

Natiq Qocaman

O.M.