Medvedev Ermənistanla Azərbaycana ultimatum göndərdi

Medvedev Ermənistanla Azərbaycana ultimatum göndərdi

27 İyun 2011 20:42
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiyanın Minsk qrupu çərçivəsində missiyasına son verilə bilər

Rusiyanın "Коммерсант" qəzetinin yaydığı məlumata görə, Kazan zirvə görüşündə danışıqlar formatı ətrafında problemlər yarandı. Görüşdə iştirak etmiş diplomatlardan biri qəzetə bildirib ki, tərəflər gözlənilmədən manipulyasiya etməyə başladılar. Belə ki, əvvəldən razılaşdırılmış bəzi prinsipial məsələlər ətrafında fikir ayrılığı yarandı. Kremldən olan rəsminin bildirdiyinə görə, tərəflərin, əsasən də Ermənistan tərəfinin bu cür hərəkəti Medvedevin hiddətinə səbəb oldu. Hətta o, fikrini ultimativ şəkildə bildirməkdən belə çəkinmədi: "Əgər yaxın zamanda Ermənistan və Azərbaycan yığılmış problemlərin həllinə hazır olduğunu bildirməsə, biz vasitəçilik missiyamızı bitmiş hesab edəcəyik."

Elimizdə belə bir məsəl var: "ilana zəhər verən kərtənkələdir." Hər iki heyvan sürünənlər sinfinə aid olduğu üçün süründürməçiliyi çox sevir. Bu da bir həqiqətdir ki, ilan ulduz görməsə, canını tapşırmaz...

Hafiz Əhmədov

O.M.