VİDEO-İstanbula sığınan erməni qadın vətənini lənətləyir!

VİDEO-İstanbula sığınan erməni qadın vətənini lənətləyir!

27 İyun 2011 19:58
1 443
Bəyəndim (0) Bəyənmədim (0)
"Siz təsəvvür edirsiniz uşaqların aclığı nə deməkdir?!"

Ermənilər ölkələrini təcili surətdə tərk etməyə başlayıblar. Bu dövlətin rəsmi statistik məlumatına görə, əgər Qarabağ münaqişəsinə qədər Ermənistanda və dağlıq Qarabağda ümumilikdə 3.5 milyon əhali yaşayırdısa, son 20 il ərzində bu rəqəm 2.2 milyonadək azalmışdır. Nəzərə alsaq ki, 20 ilə əhali azalmalı deyildi, artmalı idi, onda ermənilərin köçünün kütləvi xarakter aldığını görə bilərik. Xatırlayırsınızsa, bir müddət əvvəl Ermənistandan olan Gevorkyan ailəsi də Azərbaycana pənah gətirmişdi. Bu haqda sizə təqdim olunan silsilə məqalələrdə bəhs etmişdik. İndi isə Türkiyəyə köç etmiş erməni ailəsindən söhbət açacağıq. Ermənistanın Hetqonline saytı bu yöndə maraqlı bir araşdırma aparmışdır. Araşdırmanı əks edən məqalədə yazılır:

""Nə vətən? Vətən nədir? Mənim üçün ən vacib olan ailəmdir, uşaqlarımdır. İndi onlar ac qalmırlar. Amma vətəndə mən yaxşı heç nə görmədim. Vətən haqqında düşünəndə müvəqqəti yaşayış yerimizi, əzablarımı, uşaqlarımın gecələr ac yatmaqlarını xatırlayıram. Təbii ki, burada da çətindir, səhərdən axşamadək işləyirik, pul azdır, amma heç olmasa iş var, biz ac qalmırıq. Siz təsəvvür edirsiniz uşaqların aclığı nə deməkdir?! Bax vətəndə elə idi", - deyə söhbətə başlayan Gümrü sakini Lilit adlı qadın bir müddətdir ki, 3 uşağı ilə birlikdə İstanbula köçüb. Ümumiyyətlə, İstanbulda gümrülülər çoxdur. Bəziləri buraya ailəliklə köç ediblər. Kumkapı məhəlləsinin küçələrində gümrü ləhcəsi ilə danışan ermənilərə tez-tez rast gəlmək olar. Lilit də onlardan biridir. O, 8 ay əvvəl Türkiyəyə pənah gətirmişdir. Böyük oğlu Stepanın 15, Arutun 14, kiçik qızı Arminənin isə 4 yaşı var. Lilitin əri 7 il əvvəl işləmək üçün Rusiyaya yollanmışdır. 2007-ci ildə Ermənistana dönsə də, tez bir zamanda geri qayıdaraq ailəsini birdəfəlik unutmuşdur. Bunun ardınca Lilitin payına düşəcək mənzilə ərinin valideynləri və böyük qardaşının ailəsi köçmüşdür. Lilitgil İstanbula köçdükdən 1 ay sonra Stepan və Arut bijuteriya sexinə işə düzələ bildilər. Onlar üzüklərə daş düzməklə məşğuldurlar. Buna görə hər biri gündəlik təxminən 23 lirə maaş alır. Bəzən işlərini evdə görürlər. Yeniyetmələr Türk dilini mükəmməl bilməsələr də, artıq tam başa düşürlər. Onlar ilk maaşlarını toplayaraq analarına paltaryuyan maşın da alıblar. Ermənistanda yaşayarkən həmişə paltaryuyan maşın arzusunda olan Lilit oğlanlarının hədiyyəsini göz yaşları içində qarşılayıb. Onların çalışdığı sexin sahibi də milliyyətcə erməni olan Türkiyə vətəndaşıdır. O, ermənicə çox az bilsə də, işçiləri ilə birtəhər dil tapır. Ermənistanda dözülməz şəraitdə yaşadığını bildirən Lilit Türkiyədə kirayələdiyi mənzildən razılığını bildirir. O deyir: "Mənzil kiçik və ümumi olsa da, biz rahat yata bilirik." Müxbirin sonuncu "Gümriyə nə vaxt qayıdacaqsan?" sualına isə Stepan qəribə tərzdə cavab verir: "Əsgərliyə yollanmaq vaxtı gələndə.""

Xatırladaq ki, yuxarıda qeyd olunan məlumatlar Ermənistanın Hetqonline saytından tərcümədir.

Son söz əvəzi: Ermənilər haqda çox deyilib, çox yazılıb. Görəsən, əsl erməni kimdir? Sizə təqdim olunan məqalədən göründüyü kimi, erməni bir parça çörəyə görə vətənini lənətləyən "vətəndaşdır". Erməni ailəsini və uşaqlarını taleyin ixtiyarına buraxıb Rusiyaya qaçan "atadır". Erməni nəvələrinin evini əlindən alan, onları küçəyə atan "nənə-babadır". Erməni yaşadığı ölkənin qanunları pozan "emiqrantdır". Erməni ana dilini unudan "insandır". Və ən nəhayət, erməni çörəyini yediyi millətə qarşı düşmən kəsilməyə hazır olan nankordur. Əgər elə olmasaydı, Türkiyəyə sığınan gənclər əsgərliyə gedib Azərbaycan türklərinə qarşı vuruşacaqlarını ağızdolusu deməzdilər.

Natiq Qocaman

O.M.