Erməni mətbuatı: “Bu gün 2 erməni əsgəri məhv edilib, 1 nəfər yaralanıb”

Erməni mətbuatı: “Bu gün 2 erməni əsgəri məhv edilib, 1 nəfər yaralanıb”

3 Yanvar 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni mətbuatı bu gün gecə saatlarında cəbhənin Qarabağ istiqamətində 2 erməni əsgərinin öldürüldüyü, birinin yaralandığı barədə məlumat yayıb. Tert.am-ın separatçı rejimə istinadən yaydığı məlumata görə, yerli vaxtla saat 03:15 radələrində cəbhə xəttində atışma müşahidə olunub. Bu zaman Qriqoryan Karen və Mkrtçyan Vardan adlı əsgərlər məhv edilib, Arutunyan Volodya adlı hərbçi yaralanıb.

Düşmən tərəf müdafiə zamanı itki verdiyini qeyd etsə də, adıçəkilən şəxslərin kəşfiyyat-diversiya dəstəsinin üzvləri olduqlarını nəzərə alaraq, ermənilərin uğursuz hücum zamanı geri çəkilərkən itki verdikləri bəlli olur. Belə ki, separatçı Dağlıq Qarabağ rejiminin müdafiə nazirliyi faktla bağlı geniş araşdırma aparacağını bəyan edib.

Mediainfo.az