Girovları Şuşa türməsinə apardılar

Girovları Şuşa türməsinə apardılar

30 Dekabr 2014 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 29-da Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə proses"i yekunlaşıb.

"Hakim" Anatoli Tadevosyan, gözlənildiyi kimi, "prokuror" Karen Qabrileyanın Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı tələbini təmin edib.

5 saat davam edən qondarma prosesdə "hökm" oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar.

Mediainfo.az