Erməni prokurorun həyasızlığı: “girovlara” ömürlük və 22 il iş istədi

Erməni prokurorun həyasızlığı: “girovlara” ömürlük və 22 il iş istədi

19 Dekabr 2014 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən azərbaycanlıların bu gün növbəti məhkəməsi baş tutub.

Erməni prokuror girov Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu barədə məlumatı qondarma Dağlıq Qarabağ Respublikasının baş nazirinin mətbuat katibi Artak Beglaryan özünün tvitter hesabında yazıb.

Ermənistan mətbuatının yazdığına görə, prokuror əsas kimi onu göstərib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq sərhədi keçiblər, informasiya toplayıb və video çəkilişlər aparıblar: "Smbat Çakanyanın ölümü şəraiti onu göstərir ki, cinayət bir nəfər, Dilqəm Əsgərov tərəfindən həyata keçirilib. Onun ermənilərə nifrəti öldürülən oğlanla bağlı Quliyevə "nədi yoxsa erməniyə yazığın gəlir?"müraciətində bir daha sübut olunur. Eyni zamanda, sübut olunub ki, Şahbaz Quliyev çəkiliş aparmayıb, lakin qrupun tərkibində olub".

Mediainfo.az