Türkiyədə müalicə alan daha bir hərbçimiz vətənə qayıdıb

Türkiyədə müalicə alan daha bir hərbçimiz vətənə qayıdıb

17 Dekabr 2014 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən daha biri - 19 yaşlı Sərxan Tahirzadə bu gün Bakıya gətirilib. Apa -nın məlumatına görə, Türkiyədə müalicəsi başa çatan S. Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan MN-nin nümayəndələri və əsgərin yaxınları qarşılayıb.

S. Tahirzadə hazırda özünü yaxşı hiss etdiyini deyib: "Ali Baş Komandana və MN-nin rəhbərliyinə təşəkkürümü bildirirəm. İki ayağımdan əməliyyat olundum və hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan ordusunun əsgərlərinə səslənirəm: hər zaman ayıq-sayıq olun və vətəni göz bəbəyiniz kimi qoruyun".

Qeyd edək ki, bu ilin avqustunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. Əsgərlərin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

Mediainfo.az