Atası tərəfindən zorlanan erməni qızı dəlixanaya salınıb

Atası tərəfindən zorlanan erməni qızı dəlixanaya salınıb

23 İyun 2011 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan cəmiyyəti və mətbuatı şokdadır!!!

Ermənistanın Hetqonline saytının yaydığı məlumata görə, bu ilin 31 may günü Gorus şəhəri polisinin istintaq şöbəsində azyaşlının atası tərəfindən cinsi istismara məruz qalması barədə cinayət işi açılıb. Bu xəbər yayıldığı andan bütün Ermənistan cəmiyyətini ayağa qaldırıb. Hətta iqtidar meylli mətbuat da faktı kəskin tənqid edir. Belə ki, yeniyetmə artıq 13 həftəlik hamilədir və o, illərdir zorlanmaya məruz qalsa da, cinayətin üstü təzəlikcə açılıb. İlkin istintaq çərçivəsində Ermənistan Respublikası cinayət məcəlləsinin 141-ci maddəsi (qeyd: 16 yaşına çatmamış şəxslə seksual xarakterli əməllərin həyata keçirilməsi) üzrə məhkəmə tibbi ekspertizası təyin edilib.

İstintaq tərəfindən adı məxfi saxlanılan qızın 2009-cu ilin sentyabrında 13 yaşı tamam olmuşdu. Məhz o vaxtdan etibarən 45 yaşlı atası V.Tiqranyan onu zorlamağa başladı. O, mütəmadi olaraq qızını zorlayır, hədə-qorxu gəlir, səsini çıxarmasın deyə döyürdü. Çörək sexində gecə növbəsində işləyən anası isə təbii ki, bu işlərdən xəbərsiz idi.

Məsələnin maraqlı tərəfi odur ki, istintaq müəyyən səbəblərdən, heç bir faktlara əsaslanmadan qızı ruhi xəstə adlandırır. Bu fikri bəzi erməni mediası da xüsusi vurğulayır. Doğrudur, yeniyetmə ötən ilin 23 dekabrından etibarən psixiatriya dispanserində qeydiyyatdadır və əqli cəhətdən zəif körpələrin internatında qalır. Fikrimizcə, bu, birmənalı şəkildə onun ruhi xəstə olmağı demək deyil. Əvvəla, ona görə ki, zorlanan qızın 2 yaşlı kiçik bacısı da həmin internatda qalır. 2 yaşlı körpənin dəli olmağını söyləmək isə o qədər də həqiqətəuyğun görünmür. Digər tərəfdən, zorlanan qız internatı bitirdikdən sonra müvəffəqiyyətlə Bakuns adına orta məktəbə daxil ola bilmişdi və həmin ərəfədə İrəvanda tibbi komissiyadan keçərək, sağlam olduğu haqda arayış almışdı.

Hətta nəzərə alsaq ki o ruhi xəstə idi, etiraf etməliyik ki, mütəmadi olaraq atası tərəfindən cinsi və fiziki istismara qalan istənilən yeniyetmə psixoloji travmalar ala bilər.

Bir faktı da qeyd etmək yerinə düşərdi. Dəfələrlə Gorus və Sünik psixiatriya dispanserlərində müayinə olunan qızın üzündəki və bədənindəki qançırlar, zərbə izləri nədənsə tibb işçilərinin diqqətindən kənarda qalmışdı.

Hal-hazırda yeniyetmə psixiatriya dispanserində müalicə alır. Anası və kiçik bacısı da onunla birlikdədir. Onu bu vəziyyətə salan atası isə cinayət məsuliyyətinə cəlb olunmayıb və evində rahat yaşayır. Belə ki, məhkəmə hələlik ona qarşı "şəhərdən çıxmamaq barədə iltizam tədbiri" tətbiq etməklə kifayətlənib.

Bu da növbəti erməni reallığı və ya erməni mənəviyyatının həqiqi üzü. Erməni kimdir? Uşağını taleyin ümidinə buraxaraq onun həyatı ilə maraqlanmayan ana. Doğma qızına tamah salan, onu vəhşicəsinə döyən, zorlayan ata. Psixi travma alan insanı başa düşmək istəməyən, onu qınayan və dəli adlandıran cəmiyyət. Məzlumun hüququnu zalıma qurban verən hakim.

Natiq Qocaman

O.M.