Prezident Kəlbəcər girovlarının ailəsinə ev verib

Prezident Kəlbəcər girovlarının ailəsinə ev verib

5 Dekabr 2014 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə prezident İlham Əliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailəsinə yeni mənzil verməsi ilə bağlı məlumat yayılıb.

"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı bu barədə baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənova tapşırıq verib. Əli Həsənov sözügedən məlumatı Mingəçevirdə jurnalistlərə açıqlamasında deyib.

Sayt məlumatla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitədən faktı təsdiqləyiblər.

Mediainfo.az