Erməni ana uşağını unitazda boğaraq öldürdü

Erməni ana uşağını unitazda boğaraq öldürdü

21 İyun 2011 22:20
1 794
Bəyəndim (0) Bəyənmədim (0)
O, 8 aylıq hamilə ikən bakirə kimi ərə getmişdi

Ermənistanın Hetqonline saytının yaydığıi məlumata görə, 6 iyun günü Ermənistanın Şırak vilayətinin məhkəməsində dəhşətli cinayət hadisəsi ətrafında məhkəmə iclası keçirilib. Hakim Martin Saroyan təzə anadan olmuş körpənin anası tərəfindən qətlə yetirilməsi işi ilə əlaqədar məhkəmə iclasına başlayıb.

Belə ki, 1990-cı il təvəllüdlü Axuryan kənd sakini Lusine Torosyan 14 fevral gecə yarısı evlərindəki tualetdə oturarkən uşaq doğub. Ana övladını döşəmə taxtası ilə döyərək öldürüb və meyiti unitaza soxub.

Lusine Torosyan 2010-cu ilin yanvar ayında Gümrü sakini Amayak Mkrtıçyanla tanış olub. Bir müddət sonra Lusine öyrənib ki, sevgilisi ailəlidir və boşanmaq fikri yoxdur. O vaxtdan gənclər ayrılıblar. Lakin Lusine hamilə olduğunu hiss edib.

Daha sonra həmkəndlisi Kazaryan Lusineyə evlənmək təklif edib. 11 fevral günü toy baş tutub. Bəyin valideynləri gəlinin qarnının şübhəli dərəcədə böyük olduğunu hiss etsələr də, nədənsə buna əhəmiyyət verməyiblər.

Toydan cəmi bir neçə gün sonra gəlin əri ilə cinsi əlaqədə olduqdan sonra sancıları tutmağa başlayıb. Bəy anasını yuxudan oyatmalı olub. Qayınana Lusinenin zəhərləndiyini zənn edib ona dərman verib. Gəlin kəskin qarın ağrısı ilə tualetə gedib və orada oğlan uşağını dünyaya gətirib. Sonra izi itirmək üçün körpənin başını unitaza soxub və qayınanasından su nasosunu qurmağını xahiş edib. Bunun ardınca vəhşiləşmiş ana döşəmə taxtası (şvabra) ilə hər ehtimala qarşı uşağa ağır zərbələr endirməyə başlayıb və onu kanalizasiyanın dərinliklərinə doğru itələməyə çalışıb.

Dörd dəfə nasosu işə salmalı olan qayınana şübhələnərək gəlindən qapını açmağını tələb edib. Qapı açıldıqda Lusineni qan içində görərək sorğu-suala tutub. Lusine onu aldadıb ki, babasildən qanaxması tutub. Qayınana onu yataq otağına gətirib, çarpayıya uzatdıqdan sonra tualeti təmizləmək üçün geri qayıdıb. Heç bir şeylə unitazı aça bilmədikdə, əlinə dəsmal sarıyaraq unitaza soxub. Oradan əvvəlcə körpənin qolu çıxıb, ikinci dəfə bədəninin digər hissələri.

8 iyun günü keçirilən məhkəmə Lusine Torosyana 3 il həbs cəzası versə də, Ermənistan Milli Məclisinin tətbiq etdiyi amnistiya aktına əsasən müttəhim məhkəmə zalından azadlığa buraxılıb.

Erməni kimdir? Evli ola-ola cavan bir qızı hamilə qoyan, hamilə ikən başqasını aldadıb bakirə kimi ərə gedən, uşağını qəddarcasına qətlə yetirən və ən nəhayət, bütün bu cinayətlərə bəraət qazandıraraq canilərə şərait yaradan hər bir kəs millətindən asılı olmayaraq ermənidir...

Natiq Qocaman

O.M.