ARAŞDIRMA-Beli bükülmüş erməni cəmiyyəti parçalanır

ARAŞDIRMA-Beli bükülmüş erməni cəmiyyəti parçalanır

17 İyun 2011 14:24
Bəyəndim (0) Bəyənmədim (0)
Sürünmək üçün yarananlar uça bilməzlər

GİRİŞ

Deyirlər, qan olan yerə həşəratlar yığışır. Qan qaldıqca bundan daha çox milçəklər, soxulcanlar və digər parazitlər faydalanır. Müasir Ermənistan da qan çanağını xatırladır. Belə ki, qana susayan ölkə rəhbərləri artıq öz vətəndaşlarının qanını tökməyə və iştaha ilə içməyə başlayıblar. İstər sözün hərfi, istərsə də məcazi mənasında bu gün ermənilər ölməmək üçün dəridən-qabıqdan çıxırlar. İlan kimi dərisi-qabığı bədənindən çıxarılan ermənilər baş götürüb xarici ölkələrə qaçırlar. Ayaq altında qalanlar isə parazitlərə yem olurlar. Çünki həmin parazitlər ölkəni yırtıcı qanunlarla idarə edirlər.

XATIRLATMA

Bildiyiniz kimi, ötən ilin 13 oktyabr günü ABŞ-da böyük bir erməni mafiyası zərərsizləşdirilib. ABŞ büdcəsinə 160 milyon dollardan artıq ziyan vurmuş dəstəyə kriminal avtoritet Pzo başçılıq edirdi. O da sirr deyil ki, 73 nəfərlik dəstə əsasən ermənilərdən təşkil olunmuşdu. Hələ 2000-ci ildə banda başçısı Pzo Yerevana səfər edərkən onu o vaxtkı Prezident Aparatının başçısı, hazırkı prezident Serj Sarkisyan şəxsən hava limanında qəbul etmişdi. Onu da qeyd edək ki, bu dəstə ABŞ tarixində büdcəyə ən çox ziyan vurmaqla yadda qalmışdır. Ümumilikdə ABŞ büdcəsi 200 milyon dollaradək itki vermişdir. Belə ki, cinayətkarlar tibbi sığortalar üzrə iri məbləğdə mənimsəmələr, kredit kartları üzrə maliyyə fırıldaqları, kontrabanda tütün məhsullarının satışı, oğurluq və kontrafakt viaqranın satışa cəlb olunması işləri ilə məşğul olmuşdur. Nyu-Yorkun Cənub dairəsi üzrə prokurorunun sözlərinə görə, banda təkcə 25 ştatda 118 adda saxta klinikalar açmış və dövlət tibbi xidmət fondu olan "Medicare"dən qocalar, əlillər və başqa imtiyazlı şəxslərin adına hesablar təqdim edərək ümumən 163 milyon dolları mənimsəyə bilmişdir.

Cinayətkar şəbəkənin Ermənistan rəhbərliyi ilə işbirliyində olduğundan şübhələnən ABŞ Federal Təhqiqat Bürosunun 8 əməkdaşı noyabr ayından etibarən Ermənistanda və Dağlıq Qarabağda geniş istintaq-araşdırma tədbirlərinə başlamışdır. Ermənistanın "Jamanak" qəzetinin dərc etdiyi məlumatda bildirilir: "... Onlar Dövlət gəlirləri Komitəsində, Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsində, bir neçə bankda araşdırmalar aparmışlar. Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ-dan gətirilmiş xüsusi cihazlarla işləyir və ermənilərlə qətiyyən təmasa girmirlər... Onları daha çox Ermənistandan Kiprə pul köçürmələri maraqlandırıb. Məlumdur ki, Kipr erməni məmurlarının çirkli pullarının leqallaşması üçün offşor zona rolunu oynayır."

Mövzu maraqlı olduğundan istintaq prosesini izləmək qərarına gəldik. Odur ki, son dövrlərdə erməni mətbuatının yaydığı məlumatları sizlərə təqdim edirik.

İPUCU

"Zhamanak. com" erməni informasiya agentliyinin "ABŞ-ın Federal Təhqiqatlar Bürosu açdı" başlıqlı məqaləsində yazılır: "... Pzo və onun cinayətkar qrupunun bir neçə üzvü Ermənistan polisinin yüksək rütbəli zabitləri ilə işgüzar əlaqələrdə olmuşlar. Cinayətkar dəstə tərəfindən "qazanılmış" məbləğlər ABŞ-dan Ermənistana əsasən iki istiqamətdə ötürülürdü - Kipr və Lixtenşteyn. Hansılar ki, offşor zonalar hesab olunur. Yerevan şəhərinin polis rəisi Nerses Nazaryanın oğlu Armen Nazaryanın şəxsi hesabına cinayətkar dəstənin 32 yaşlı üzvü Poqos Satamyan tərəfindən 12 noyabr tarixində Kipr üzərindən 450 min dollar köçürülmüşdü. Poqos Satamyan həm də Armen Nazaryanın toyunda iştirak etmişdi. Onların yaxınlığı bununla bitmirdi. Armen Nazaryan və Poqos Satamyan "qardaşlıq" olmuşdular, yəni "Moskviçka" mağazalar şəbəkəsinin şərikləri idilər. Xatırladaq ki, Poqos Satamyana həmçinin Yerevan operasının yaxınlığında yerləşən "Astral" klubu məxsus idi. Bu klubun digər şəriki olan Arsen Kazaryan istintaq idarəsində yüksək vəzifədə çalışırdı. Bununla da Nerses Nazaryanın (qeyd: Armen Nazaryanın atasının) hesabına cinayətkar qrupun üzvləri rahat hərəkət edir, fəaliyyət göstərirdilər. Ermənistan Fövqəladə Hallar naziri (eks şəhər polisinin rəis müavini) Armen Yerisyan da banda başçısı Pzo ilə əlaqədə idi. 2005-ci ildə Yerisyan polis rəisinin müavini vəzifəsində çalışarkən ailəsi ilə birlikdə ABŞ-da istirahət edirdi. Onlar Los-Ancelesdə olarkən Armen Nazaryan da Pzodan Las Veqasda dincəlməyə dəvət aldı... Nazaryan, Yerisyan və Pzonun yaxınlığı bununla bitmir. 2008-ci ildə Pzo o vaxtkı polis rəisinin müavininə ML markalı Mercedes avtomobili hədiyyə etmişdi. Amerikan mütəxəssisləri onu da müəyyən etdilər ki, 2008-ci ilədək Pzo Qaqik Sarukyanın dəstəyi ilə Ermənistana gəlib orada rahat hərəkət edə bilirdi. Belə ki, Qaqik Sarukyan bu haqda o vaxtkı Ermənistanın baş polisi Ayk Arutunyandan razılıq almışdı. 2008-ci ildən sonra Qaqik Sarukyanla Pzonun münasibətləri əvvəlkinə nisbətən xeyli dəyişdi. Pzonun artıq ona ehtiyacı yox idi. Bu işi öz üzərinə prezident Serj Sarkisyanın qardaşı Saşik (qeyd: Aleksandr) Sarkisyan götürmüşdü. ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları onu da müəyyən etmişlər ki, ABŞ-da cinayətkar yollarla əldə olunmuş məbləğlərin nağdlaşdırılması və qanuniləşdirilməsi işini böyük faizlər müqabilində şəxsən Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan həyata keçirirdi."

Nəzərinizə çatdıraq ki, bu məlumat erməni mətbuatının işıqlandırdığı ilkin istintaq nəticələrinə əsaslanır.

RUSİYADA ERMƏNİ CİNAYƏTİ

Ermənistanın "Aykakan Jamanak" qəzetinin bu yaxınlarda yaydığı məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının qaldırdıqları cinayət işlərində Ermənistanın 32 siyasi xadiminin və biznes elitasının adı hallanır. Belə ki, söhbət narkotrafik və çirkli pulların leqallaşdırılmasından gedir. Mövzunu davam etdirən "Armenia Today" informasiya agentliyi qeyd edir ki, adları siyahıya düşmüş cinayətkarlar barədə dəqiq məlumatlar Ermənistanın Baş prokuroru Aqvan Ovsepyana və Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyana təqdim olunmuşdur. Lakin hər iki məmur rusiyalı həmkarlarına bildirmişlər ki, onlar bu məsələnin həllində çox balaca adamlardır.

Qəzetin araşdırmalarına görə, parlamentin spikeri Ovik Abramyan, dövlət gəlirləri üzrə komitənin başçısı Qaqik Xaçaturyan, deputatlar Ruben Hayrapetyan, Samvel Aleksanyan, Levon Sarkisyan, Qaqik Sarukyan və başqa məmurların adları müxtəlif cinayət işlərində hallanır. Məlumatda o da qeyd olunur ki, Ermənistanın hazırkı prezidentinin adı məlum siyahıya salınmamışdır. Belə ki, onun cinayət məsuliyyətinə cəlbolunma mexanizmi mövcud deyil. Bununla belə, Rusiya hüquq-mühafizə orqanlarının başlatdıqları cinayət işləri üzrə tərtib olunmuş siyahıda prezidentin qardaşı Aleksandr (qısaca: Saşik) Sarkisyanın da adı vardır.

GİZLİ MÜŞAVİRƏ

"Çorrord inknişxanutyun (tərcüməsi: 4-cü hakimiyyət )" qəzeti Moskvanın eks-meri Lujkovun Ermənistandakı izləri ilə bağlı müstəqil jurnalist araşdırması apararkən maraqlı faktlar əldə etmişdir. "Erməni oliqarxları Serj Sarkisyanın gücsüzlüyündən narahatdırlar" başlıqlı məqalədə yazılır: "... Serj Sarkisyan "Arsnakar" mehmanxana kompleksində müşavirə keçirdi. Orada oliqarx deputatlar - Ruben Hayrapetyan, Levon Sarkisyan, Samvel Aleksanyan və Yerevan meri Qaqik Beqlaryanla baş vermiş hadisənin mümkün nəticələrini müzakirə etdi... Liderin təşəbbüsü onunla şərtlənirdi ki, qulağına belə bir söz-söhbət gəlib çatmışdı: "Oliqarxlar prezidentin onları taleyin ümidinə buraxmasından narazıdırlar." Serj Sarkisyan onları sakitləşdirməyə tələsdi. Dedi ki, o, Robert Koçaryan (qeyd: eks-prezident) kimi deyil, uşaqları axıradək qorumağa çalışacaq... Yuxarıda adları çəkilən oliqarxların Moskvada biznes maraqları var və Rusiyadakı dəyişikliklər onların biznesinin "həyat qabiliyyətinə" təsirsiz ötüşməyəcək. Moskvanın Kutuzov sahilinin yaxınlığında, "Ukrayna" mehmanxanasının arxasında böyük əyləncə mərkəzinin sahibi olan Ruben Hayrapetyan Serj Sarkisyanın sözlərinə inamsız yanaşdı. Onun Moskvada hələ də həll olunmamış məsələləri var, hansıları ki, hətta Serj Sarkisyan da həll etmək iqtidarında deyil... Serj Sarkisyanın 32-lər məsələsində (qeyd: Rusiya hüquq-mühafizə orqanlarının qaldırdıqları cinayət işlərində Ermənistanın 32 siyasi xadiminin və biznes-elitasının adı hallanır) və bu cür işlərdə acizliyi oliqarxları narahat etməyə başladı. O, (qeyd: Serj Sarkisyan) Rusiyanın etibarını o qədər itirib ki, nə oliqarxların bu ölkədəki biznes maraqlarını güdə bilər, nə də onları qaldırılmış müxtəlif cinayət işlərindən qorumağa gücü çatar... Müşavirəni oliqarxlar ümidsiz halda tərk etdilər. Onlar əmin idilər ki, Serj Sarkisyan öz məhdud imkanlarını yalnız doğma qardaşı Saşik Sarkisyanı və özünə yaxın olan qarabağlı biznesmenləri (Gena, şahzadə Aşot və başqaları) xilas etməyə sərf edəcək."

YAS ŞƏRAİTİNDƏ TOY

Serj Sarkisyanın qardaşı, milli məclisin deputatı Saşik Sarkisyandan söz düşmüşkən, "Tert.am" informasiya agentliyi yazır: "... 29 sentyabrda Yerevanın "Ocaq" restoranında Saşikin oğlu Narek Sarkisyanın toyu olmuşdu. Qəribədir ki, şənlikdə nə Robert Koçaryan, nə də Qaqik Sarukyan iştirak edirdi... Məclisə Rusiya Federasiyasında 11 il həbs cəzası almış "vor-zakon" Armen Kanyevskinin qardaşı Artyom da təşrif buyurmuşdu. Hesablamalara görə, yüksək rütbəli məmurlar və oliqarxların hədiyyələrinin qiyməti 5 min ABŞ dollarından başlayaraq artırdı."

YERİ GƏLMİŞKƏN...

"Tert.am" informasiya agentliyinin yaydığı digər bir məlumat da diqqətimizi cəlb etdi. Sən demə, bugünkü Ermənistan əhalisinin təxminən 87.5 faizi dayaq-hərəkət sisteminin patologiyasından əziyyət çəkir ki, bu da müxtəlif onurğa xəstəliklərinin fəsadıdır. Fizioterapevt, manualist Qaqik Karapetyanın elmi araşdırmalarına istinad edən xəbərdə yazılır: "Bu gün insan elmi-texniki tərəqqi dövründə yaşayır. Hərəkətin məhdudlaşması onurğa sütununun xəstəliklərinə gətirib çıxarır... Məişət patologiyası müasir Ermənistanda ciddi problemə çevrilib. Hətta şagirdlərdə və tələbələrdə də bu cür əyriliklər müşahidə olunmağa başlayıb."

Göründüyü kimi, ermənilər işsizlik şəraitində istər-istəməz oturaq həyat tərzi keçirirlər. İş tapanlar isə ağır işlərdə onurğa sütunlarını zədələyirlər. Bunun üzərinə erməni cəmiyyətində hökm sürən psixoloji təzyiq şəraitini, insanların dərd-sərini, ümidsizliyini, bir sözlə, çiyinlərinə düşən ağır yükü əlavə etsək, görərik ki, ermənilərin belləri əbəs yerə əyilməyib. Doğrudur, biz heç kimə pislik arzulamırıq. Sadəcə, onu demək istəyirik ki, ermənilər öz bellərini özləri əyiblər. Ən azı ona görə ki, bizimlə düşmən olmaqla ağır şəraitlərini daha da ağırlaşdırıblar. Vəziyyət o yerə çatıb ki, Ermənistanın bugünkü iqtidarı da öz cəmiyyətinin belini bükməklə məşğuldur. Necə deyərlər, sütunu əyri olan erməni siyasəti cəmiyyətin onurğasını əyir. Belə getsə, ermənilər tezliklə bizim qarşımızda əyiləcəklər. Həmişəki kimi arxaları ruslara tərəf olacaq, qarşılarında isə bizi görəcəklər. Vəziyyət dəyişməsə, ermənilər əyilə-əyilə sürünmək dərəcəsinə gəlib çatacaqlar.

SON SÖZ ƏVƏZİ:

Ataların belə bir sözü var: "Sürünmək üçün yarananlar uça bilməzlər." Bəli, erməni harada olursa-olsun, mütləq ilan kimi sürünəcək. Kiminsə qoynuna girəcək, kimisə sancacaq, kimisə boğacaq. Bir sözlə, günahsız insanların qanını tökəcək. Ermənistanda yaşayan ermənilər ilandan çox soxulcana bənzəyirlər. Qan gölməçəsinə yığışıb qidalanmağa çalışırlar. Lakin ermənilər bir şeyi unudurlar ki, sürünənlər ayaq altında olurlar...

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.