Zabitlərimiz NATO təlimində iştirak edir

Zabitlərimiz NATO təlimində iştirak edir

19 Avqust 2014 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunsum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlim başlayıb. Bu barədə apa-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mühəndis xidmətinin bir qrup zabiti üç günlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı keçirilib.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşı müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.

Mediainfo.az