Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları bir daha Putinə müraciət ediblər

Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları bir daha Putinə müraciət ediblər

8 Avqust 2014 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ailələr Soçi görüşündə onların girovluqdan azad olunması və Həsən Həsənovun meyitinin qaytarılması məsələsinin həllini xahiş ediblər

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının prezidenti Vladimir Putinə bir daha müraciət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Apa -ya verilən məlumata görə, ailələr prezidentlərin Soçi görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması və Həsən Həsənovun meyitinin qaytarılması məsələsinin həll olunmasını xahiş ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb. Görüşdə Ə. Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə tövsiyə edib ki, meyitin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər. Görüşdən sonra Ə. Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.