Ermənistan iqtisadiyyatı yardımların hesabına yaşayır

Ermənistan iqtisadiyyatı yardımların hesabına yaşayır

9 İyun 2011 17:12
1 437
Bəyəndim (0) Bəyənmədim (0)
Acgöz rəhbərlik erməni xalqının qanına susayıb

DANILMAZ HƏQİQƏT

ATƏT-in Astana Sammitində Dağlıq Qarabağ problemi həllini tapmadı. Rəsmi Ermənistan növbəti dəfə destruktiv mövqe nümayiş etdirərək danışıqlar prosesini dalana dirədi. Lakin bu o demək deyil ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq niyyətindədir. Əsla! Biz həmişə olduğu kimi yenə də problemin həllinə çalışırıq. Nədənsə ermənilər anlamırlar ki, gec-tez bu məsələ beynəlxalq qanunlar çərçivəsində öz məntiqi sonluğunu tapacaq. Beynəlxalq qanunlar isə ölkələrin ərazi bütövlüyü və millətlərin müqəddəratını həlletmə prinsipini üstün tutur. Ərazi bütövlüyü konsepsiyası birmənalı şəkildə Azərbaycanın suverenliyini təmin edir. O ki qaldı millətlərin müqəddəratını həlletmə prinsipinə, ermənilər onsuz da öz müqəddəratlarını indiki Ermənistan Respublikası adlanan dövlətin ərazisində təyin ediblər. Deməli, ikinci erməni dövlətinin yaranmasına nə ehtiyac var, nə də dünya ictimaiyyəti buna imkan verər. Bu isə o deməkdir ki, istənilən halda Dağlıq Qarabağda yaşayan ermənilər yalnız Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyət hüquqlarına malik ola bilərlər. Mövcud problem əvvəl-axır bu konsepsiya çərçivəsində həllini tapacaq.

ÇƏKİ DAŞI

Hələliksə zaman bizim xeyrimizə, ermənilərin ziyanına işləyir. Belə ki, Azərbaycan inkişaf etdikcə Ermənistan tənəzzülə uğrayır. Artıq bütün regional layihələrdən kənarda qalmış, diaspor təşkilatlarının və böyük dövlətlərin yardımlarına möhtac olan qonşu dövlət bizimlə müqayisə olunmayacaq dərəcədə geridədir. Fikrimizcə, bir faktı qeyd etmək yerinə düşərdi: "Təkcə son aylarda dünya bazarlarında neftin qiymətinin 30 faizə yaxın qalxması büdcəmizin gəlir hissəsinin eyni dərəcədə artımına səbəb olmuşdur. Bu isə rəqəmlərin dilində 2 milyard ABŞ dollarına yaxın əlavə gəlir deməkdir." Müqayisə üçün Ermənistan cəmiyyətindəki vəziyyəti nəzərinizə çatdıraq.

SƏDƏQƏ

Əvvəlcədən xatırladaq ki, Ermənistan müstəqilliyini bərpa etdikdən bu günə kimi ölkəni büdcə vəsaitlərihesabına idarə edə bilmir. Kəskin maliyyə çatışmazlığı iqtisadiyyatı, vətəndaşların rifah halını, bir sözlə, həyatın bütün sahələrini tənəzzülə uğratmışdır. Odur ki, Ermənistan rəhbərliyi, ictimai təşkilatları və sair qurumlar vaxtaşırı dünya ictimaiyyətinə müraciət edərək pul toplamaqla məşğul olur. Vəsaitlər əsasən xaricdə yaşayan imkanlı ermənilərdən və ya ermənipərəst zəngin insanlardan toplanır.

Ermənistanın "Panorama.am" agentliyinin 27.11.2010 tarixli "Ümumerməni fondu "Hayastan" bütün erməniliyə təşəkkürünü bildirir" başlıqlı məqaləsində yazılır: "2010-cu ilin telemarafonunun nəticələrinə görə, 20 862 733 ABŞ dolları həcmində ianələr toplanmış və ya toplanacağına söz verilmişdir. Fonddan məlumat verilmişdir ki, marafona çoxminlik tamaşaçı kütləsi baxırdı. Marafon zamanı konsert proqramları təşkil olunmuş, idman və mədəniyyət xadimlərinin, o cümlədən siyasətçilərin çağırışları yer almışdı... Fond yenə də ianələri toplamaqda davam edir... Bundan başqa, 30 noyabr tarixinədək mobil xidmət abonentləri 8000 nömrəli telefona qısa mesaj göndərməklə fonda pul köçürə bilərlər. Bu günə kimi 20 minədək insan bu yolla marafonda iştirak edib. İanələr həmçinin internet saytında da birbaşa qəbul olunur. 5 dekabr tarixində fondun icraçı direktoru Ara Vardanyan rəsmi məlumatları mətbuat konfransında açıqlayacaq."

Gördüyünüz kimi, ələ baxımlı olan Ermənistan dövləti və ermənilər yolçuluq etməkdən belə çəkinmirlər. Bu zaman 21 milyona yaxın pul toplayarkən sevinclərinin həddi-hüdudu olmur. Nəzərinizə çatdıraq ki, erməni fondunun elan etdiyi məbləğ tam surətdə toplanmamışdır və bəlkə də heç toplanmayacaq da? Çünki çoxları pulu köçürmək əvəzinə köçürəcəklərinə söz verməklə kifayətləniblər.

Razılaşın ki, qısa zamanda neftin artımı ilə bağlı Azərbaycanın qazandığı 2 milyard qarşısında Ermənistanın toplanmamış 21 milyonu dənizdə bir damlaya bənzəyir.

QƏPİK-QURUŞA SATILAN ERMƏNİLƏR

Heç təsadüfi deyil ki, Ermənistan rəsmiləri də ölkələrindəki acınacaqlı vəziyyət barədə danışmaq məcburiyyətində qalmışlar. "Panorama.am"-ın "Nə etməli ki, vətəndaşlar öz səslərini qəpik-quruşa satmasınlar?" başlıqlı məqaləsində ölkənin baş naziri Tiqran Sarkisyan öz narahatçılığını bu şəkildə bildirir: "Ölkədə vətəndaş cəmiyyətinin qurulması üçün ictimai təşkilatların rolu artırılmalıdır. Ermənistanda vətəndaş cəmiyyəti tam qurulmayıb. Bunun müəyyən səbəbləri var. Vətəndaş cəmiyyətinin əsası budur - insanlar öz iqtisadi gələcəyini müstəqil qururlar, sovet dövründəki kimi dövlətdən nə isə tələb etmirlər. Ona görə ki, dövlətin vəsaitləri azdır, onların tələbini ödəməyə kifayət etmir... Kiçik və orta biznesin stimullaşdırılması bu baxımdan ən gözəl strategiyadır. Əgər bizdə minimum 150 min ailə iqtisadi cəhətdən öz ehtiyaclarını ödəyə bilsə, mülkiyyət sahibi olaraq ona görə məsuliyyət daşısa və yalnız özünə ümid bəsləsə, vətəndaş cəmiyyətini qurmaq üçün obyektiv əsaslar olacaq... Əhalisinin əksər hissəsi asılı vəziyyətdə olan, gələcəyi öz əlində olmayan, ən azı 35 faizdən çoxu kasıbçılıq həddində yaşayan bir ölkədə vətəndaş cəmiyyəti qurmaq çox çətindir... Kiçik və orta biznesin yaradılması günün tələbidir. O, vətəndaş cəmiyyətinin yaradılmasında, demokratik ənənələrin bərqərar olmasında, ədalətli seçkilərin təşkilində əsas rol oynayacaq və əhalinin əksər hissəsi əvvəlki kimi öz səsini qəpik-quruşa satmağa hazır olmayacaq."

Xatırladaq ki, Ermənistan baş naziri Tiqran Sarkisyan çıxışını Yerevanda keçirilən "Avropa perspektivləri" beynəlxalq forumunda etmişdi. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur.

STATİSTİKA

"News.am" erməni saytının yaydığı məlumatda bildirilir: "2010-ci ilin III rübündə Rusiyadan Ermənistana 348 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti köçürülmüşdür. Bu, əsasən Rusiyada əmək fəaliyyəti ilə məşğul olan ermənilərin ailələrinə göndərdikləri vəsaitlərdir. Ermənistan təqdim olunan siyahıda, yəni Rusiyadan pul çıxaran ölkələrin ümumi sırasında 4-cü yeri tutur."

Xatırladaq ki, siyahıda Çin, Hindistan, Pakistan, Vyetnam, Ukrayna, Qazaxıstan kimi böyük dövlətlər yer alır. Ermənistanın ərazisinin kiçik və əhalisinin az olduğunu nəzərə alsaq görərik ki, bu millətin nümayəndələri, sözün əsl mənasında, Rusiya iqtisadiyyatının qanını içirlər. Bu da təbiidir. Çünki Ermənistanda, belə demək mümkündürsə, iqtisadiyyat yox dərəcəsindədir və işsiz ermənilər acından ölməmək üçün əsasən Rusiyaya üz tuturlar. Doğrudur, Rusiyada çalışan həmvətənlərimiz də az deyil. Lakin erməni statistikasına inansaq, onların Azərbaycana köçürdükləri vəsait təxminən 252 milyon dollar təşkil edir ki, bu da ümumi siyahıda orta mövqeləri təmin edir. Digər tərəfdən, Azərbaycan əhalisi ermənilərlə müqayisədə ən azı 2-3 dəfə çoxdur. Bu isə o deməkdir ki, hər adambaşına düşən köçürmələrin həcminə görə ermənilər Rusiya iqtisadiyyatına ən çox ziyan vuran xalqdır.

ETİRAF

Ermənistanın eks baş naziri Qrant Baqratyanın yerli mətbuata verdiyi açıqlamasında mövcud iqtisadi vəziyyət ölümcül kimi qiymətləndirilir. O, ictimaiyyəti əmin edir ki, Ermənistan iqtisadiyyatında heç bir inkişaf müşahidəolunmur, sadəcə, götürülən kreditlərlə köhnə borclar ödənilir. Bu da ölkənin onsuz da ağır olan iqtisadiyyatını ölümcül edir. Eks baş nazirin bir fikri diqqətimizi cəlb etdiyindən onu sizlərə təqdim edirik: "2011-ci ili birtəhər dözəcəklər, ancaq 2012-ci ildə üç dəfə çox ödəmələr tələb olunacaq ki, köhnə borclar və faizləri ödənilsin."

Tiqran Baqratyanın fikirlərini tanınmış iqtisadçı, Rusiya Elmlər Akademiyasının erməni millətindən olan akademiki Abel Aqanbekyan da təsdiq edir. Ermənistanın borcunun ümumdaxili məhsulun 40 faizi həcmində olduğunu deyən akademik bildirir: "Əgər borc artmaqda davam etsə, vəziyyət son dərəcə kritik həddə gəlib çatacaq."

YERİ GƏLMİŞKƏN

Təbii fəlakətlərlə və yanacağın qiymətinin artması ilə əlaqədar dünyada buğdanın qiyməti sürətlə artmışdır. Bu artım Ermənistandan da yan ötməmişdir. Ölkədə çörək qıtlığı yaşanmasa da, qiymət artımı müşahidə olunur. Bu tendensiya davam edərsə, yeni ildən etibarən Ermənistanda çörəyin və çörək məhsullarının qiyməti ən azı 2 dəfə artacaqdır. Məhz bunu nəzərə alan Rusiya hökuməti əyaləti saydığı Ermənistana 1010 min ton həcmində buğda yardımı etmişdir. Ümumiyyətlə, hər il bu ölkənin daxili tələbatının 80 faizini Rusiya ödəyir, özü də təmənnasız.

DOSTA SEVİNC, DÜŞMƏNƏ QILINC

Ermənistanın iqtisadi, sosial tənəzzülü fonunda Azərbaycanın yeni-yeni uğurlarını yada salmaq yerinə düşərdi. Belə ki, son dövrlərdə Xəzərin Ümid yatağında qaz ehtiyatlarının aşkar olunması bizi sevindirməklə bərabər erməniləri əməlli-başlı narahat etməyə başladı. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu yatağın kəşfi ilə Azərbaycan 45 milyard dollar qazanc əldə edəcəkdir. Yəqin ki, bu xəbər bataqlıqda olan erməni rəhbərlərini bir daha düşünməyə vadar edəcək.

SON SÖZ ƏVƏZİ:

Ermənistan düşünməkdə olsun, Azərbaycan inkişaf etməkdə... İstənilən halda həqiqət öz yerini tapacaq. Bu proses nə qədər gec başa gələcəksə, ermənilər bir o qədər uduzacaqlar. Bizim isə gözləməyə vaxtımız var. Çünki istənilən halda müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa edə biləcəyimizə əminik. Sadəcə, vətəndaşlarımızın qanının tökülməsini istəmirik. Buna ehtiyac da yoxdur. Onsuz da aclığa, səfalətə düçar olan ermənilər bir-birinin qanını tökməyə başlayıblar.

Tofiq Əliyev

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.