Erməni faşizmini hamı lənətləməlidir

Erməni faşizmini hamı lənətləməlidir

7 İyun 2011 10:25
1 575
Bəyəndim (0) Bəyənmədim (0)
Hər bir imperiyanın sonu vardır

FAŞİST HAYLAR

Faşist Almaniyasında belə bir deyim məşhur idi: "Hay Hitler!" Eşidəndə istər-istəməz düşünürsən ki, ya Hitler milliyətcə haydır (qeyd: ermənidir), ya da haylar faşistdir. Məsələnin birinci tərəfi ilə razılaşmaq olmur. Belə ki, Hitler hətta faşist xisləti ilə belə hay olsaydı, haylar tarixdə iz qoymuş bu şəxsi özününkü elan edərdilər. Lakin deyimin ikinci hissəsinə rahatlıqla inanırsan. Ən azı ona görə ki, haylar (qeyd: ermənilər) iki əsrdə dörd dəfə azərbaycanlıları və türkləri soyqırımına məruz qoyublar. Bu zaman faşistliyin ən qəddar formalarından istifadə ediblər və yüz minlərlə günahsız insanın qanını töküblər.

MÜQAYİSƏ

Əslində, ermənilərin faşist xisləti bu gün də özünü göstərməkdə davam edir. Oğurluq, yalançılıq, qəsbkarlıq, saxtakarlıq, işğalçılıq bu siyasətin tərkib hissələridir. Ermənilər qonşu ölkələrə qarşı torpaq iddiası ilə çıxış etməklə yanaşı, bu iddialarını silahlı istila ilə həyata keçirirlər. Heç təsadüfi deyil ki, Ermənistanın eks prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan dəfələrlə neonasist ideologiyası ilə çıxış etmişlər və bildirmişlər ki, "qədim" erməni milləti köçəri türk millətlərindən müqayisə olunmaz dərəcədə yüksəkdə durur. Xatırladaq ki, Adolf Hitler də öz zamanında "Mayn Kaft" millətçi kitabında almanların ən yüksək irqdən olduğunu, digər millətlərdən yüksəkdə durduğunu söyləmişdi. Bu faşistin aqibətinin nə olduğunu hamı bilir!

FAŞİZMİN DAVAMI

Faşist ermənilər birinci Qarabağ müharibəsində on minlərlə dinc əhalini qətlə yetirdilər, yüz minlərlə insanı şikəst etdilər, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə saldılar. Bu zaman Rusiyanın imperialist maraqlarına arxalanaraq heç nədən və heç kimdən çəkinmədilər. İmperialist qüvvələrin kölgəsində gizlənən ermənilər beynəlxalq ictimaiyyəti aldadaraq bu gün də öz çirkin niyyətlərini davam etdirirlər. Bu ölkənin Qarabağ danışıqlarında tutduğu qeyri-konstruktiv mövqe onların işğalçı və kriminal siyasətindən xəbər verir.

YENİ MƏRHƏLƏ

Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə də ATƏT-in Astana sammitində destruktiv mövqe nümayişetdirdi. Bununla belə, erməni cəmiyyəti yaxşı bilir ki, Azərbaycanın səbir kasası ağzınacan dolmuşdur və biz münaqişənin həlli prosesinin süni şəkildə uzadılmasına razı olmayacağıq. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə rəsmi bəyanatlarında bu fikri səsləndirmişdir. Dünya ictimaiyyətinə o da aydındır ki, ATƏT-in Minsk qrupu çərçivəsində mövcud problem illərdir öz məntiqi həllini tapa bilmir. Çünki bu qrupun çıxardığı və ya çıxaracağı qərarlar yalnız tövsiyə xarakteri daşıya bilər. Ona görə də biz problemin ədalətli həllini ən yüksək instansiya olan BMT-dən, daha doğrusu, onun qanun, qərar və qətnamələrindən gözləyirik. Belə ki, BMT sənədləri imzalandığı halda icbariləşir. Məhz bu səbəbdən Ermənistan rəsmiləri mövcud problemin həllini BMT-yə həvalə etməkdən çəkinirlər. Çünki hələ döyüşlər gedən zaman BMT-nin çıxardığı qətnamələrin hər birində bu dövlət işğalçı kimi göstərilmiş və ondan işğal etdiyi Azərbaycan ərazilərini qeyri-şərtsiz azad etməsi tələb olunmuşdu.

TƏŞVİŞ

Bu günlərdə Ermənistanın "Tert.am" informasiya agentliyində analitik bir yazı ilə tanış olduq. Rusiya geosiyasi problemlər akademiyasının vitse prezidenti, milliyyətcə erməni olan akademik Araik Sarkisyanın müsahibəsini əks etdirən məqalədə yazılır: "Müharibə başlayarsa, necə ki, bütün yollar buna doğru gedir, heç kim Ermənistana kömək etməyəcək... Ermənistan istənilən halda öz gücünə güvənməlidir... "DQR" özünümüdafiə qüvvələrinin və erməni ordusunun əsgərindən başqa heç kim bu torpaqlar uğrunda canını verməyəcək - nə amerikalı, nə fransız, nə də rus... Rusiya Ermənistanı itirərsə, Tatarıstana, Başqırdıstana kimi bütün Cənubi və Şimali Qafqazı itirəcək. Qarabağın əldən getməsi türk, islam qruplarının birləşməsinə səbəb olacaq." Göründüyü kimi, erməni millətindən olan rusiyalı alim problemi Rusiyanın və digər imperialist qüvvələrin maraqları çərçivəsində qabartmağa çalışır. Bu, ondan irəli gəlir ki, qeyri-konstruktiv mövqedə olan Ermənistan Azərbaycanın mövcud potensialına bələddir və atılacaq hər hansı bir addımın qarşısını böyük dövlətlərin əli ilə almaq istəyir.

NARAHATLIQ

Əslində, ermənilər də ATƏT-in Minsk qrupunun fəaliyyətindən bir o qədər razı deyillər. Sadəcə, özləri üçün pis və daha pis olan seçim arasında pisi seçmək məcburiyyətində qalmışlar. Belə ki, problemin həlli başqa müstəvilərə keçərsə, Ermənistanın siyasi vəziyyəti daha da ağırlaşacaq və onlar BMT qarşısında birbaşa hesabat verməli olacaqlar. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə, necə deyərlər, gözdən uzaq-könüldən iraqdır. Bununla belə, hətta Minsk qrupunun həmsədrləri də hərdən problemi dünyanın diqqət mərkəzinə gətirir, Ermənistanı pis vəziyyətdə qoyurlar. Bu zaman həqiqətləri söyləməkdən belə çəkinmirlər. "Ermənistanın səsi" qəzetinə müsahibə verən hakim partiyanın mətbuat katibi, milli məclisin üzvü Eduard Şarmazanov açıq-aydın ATƏT-in Minsk qrupunun həmsədrlərindən narazılığını bildirərək demişdir: "Həmsədrlər tərəfindən toponim adlarının dəyişdirilməsi, Stepanakertin Xankəndi adlandırılması və Qarabağın işğal altında olan ərazilər kimi göstərilməsi ikili standartın göstəricisidir. Qarabağın tanınmamağı və Azərbaycanın tanınmağı fikrinə əsaslanan həmsədrlər Stepanakerti Xankəndi adlandırırlar, halbuki SSRİ dövründə Xankəndi adında yer yox idi, yalnız Stepanakert var idi. Bu baxımdan bizim ciddi narahatlığımız var. Ermənistan parlament və rəsmi diplomatiyanın bütün səviyyələrində bu yöndə işləməlidir..."

Göründüyü kimi, tarixi saxtalaşdırmaqla məşğul olan erməni deputatı ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səsləndirilən həqiqətləri eşitmək belə istəmir. Əksinə, ermənilər bu haqq səsini birlikdə susdurmağa çalışırlar.

OĞURLUQ

Əslində, oğurluq erməni siyasətinin prioritetidir. Heç kimə sirr deyil ki, birinci mərhələdə işğal olunan azərbaycanlı kəndlərinin adları dərhal dəyişdirildi. Məsələn, soyqırımına məruz qalmış Xocalı şəhərinə İvanyan adı verildi. Sonradan Dağlıq Qarabağdan kənarda işğal olunmuş ərazilərin adları süni şəkildə erməniləşdirildi. Bu yaxınlarda Ağdam şəhərinin Akna adlandırılması oğurluq və saxtakarlıq siyasətində növbəti səhifə oldu. Doğrusu, ermənilərin bu addımı gözlənilən idi. Belə ki, onların öz adı qədim alban tayfası olan Armeylərdən götürülmədir. Daha doğrusu, ermənilər özlərini hay və indiki ölkələrini Hayastan adlandırdıqları halda, qədim alban tayfasının adını və tarixini mənimsəmişlər. Bu hələ son deyil. Tarixin növbəti mərhələlərində onlar Qafqaz Albaniyasının bütün keçmişini özününkü elan etdilər. Daha sonra İrəvan, Şuşa, Xankəndi və əsası azəri türkləri tərəfindən qoyulan digər şəhər və kəndlərin toponimlərini dəyişdilər. Müasir dövrdə isə tarixi saxtalaşdırmaq cəhdləri işğalçı siyasətlə sürətləndi. Qəribədir ki, ermənilər bunu edən zaman dünya ictimaiyyəti səsini belə çıxarmırdı.

İŞĞALÇILIQ

Özbaşınalıq o qədər böyük miqyaslar almışdır ki, ermənilər hətta Dağlıq Qarabağdan kənarda işğal etdikləri torpaqları belə geri qaytarmaq istəmirlər. Bu günlərdə "Armenpress"in yaydığı məlumata görə, "ermənilərin avropalı dostları" təşkilatı Dağlıq Qarabağın erməni əhalisi və Ermənistan vətəndaşları arasında sorğu keçirmişdir. Sorğunun nəticələrində bildirilir ki, ermənilər birmənalı şəkildə Dağlıq Qarabağdan kənarda yerləşən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına qarşıdırlar. Bununla belə, atəşkəs rejiminin gücləndirilməsinə və snayperlərin təmas xəttindən götürülməsinə tərəfdardırlar.

Erməni mətbuatının yazdıqlarına inansaq, görərik ki, ermənilər oğurluq, riyakarlıq, saxtakarlıq kimi mənfi keyfiyyətlərindən əl çəkmək istəmirlər.

ETİRAF

Yuxarıda qeyd etdiyimiz kimi, qəsbkar ermənilər ilk növbədə Rusiyaya arxayındırlar. Çünki onları kütləvi şəkildə Cənubi Qafqaza köçürən, ermənilərə başqalarının torpaqları hesabına dövlət quran məhz Rusiya olmuşdur. Başqa sözlə desək, bugünkü Ermənistan dövləti Rusiyanın işğalçı siyasətinin bəhrəsidir. Erməni tarixçilərinin yaratdıqları "qədim" tarixə baxmayaraq, onlar özləri də bu həqiqəti Rusiya prezidentinin dilindən bir daha duymalı oldular.

2003-cü ilin 05 oktyabr tarixində ümumdünya ermənilərinin I qurultayı keçirilirdi. Əvvəla onu qeyd edək ki, bu qurultay birinci və sonuncu oldu. O, heç bir məntiqə əsaslanmadan Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil edildi. Özü də Rusiya siyasi elitasının nəbzinin vurduğu Kremlin Qurultaylar Sarayında. Halbuki sağlam düşüncəyə görə bütün dünya erməniləri müstəqil Ermənistan Respublikasının paytaxtında toplanmalı idilər. 52 ölkədən gəlmiş 138 təşkilatın nümayəndələri kürsüyə qalxan Rusiyanın o vaxtkı prezidenti Vladimir Putini sürəkli alqışlarla qarşıladılar.

V.Putin sürəkli alqışlar altında nitqə başladı: "Sağ olun, hörmətli xanımlar və cənablar. Günaydın, əziz dostlar. "Barevdzes" (ermənicə salam)... Böyük Rusiya islahatçısı çar dahi Pyotr öz qərarlarının birində aşağıdakıları yazmışdır. Maraqlı səslənir: "Erməniləri mümkün qədər tumarlamaq, vəziyyətlərini mərifətli dərəcədə yüngülləşdirmək, daha çox köç etmələri üçün onlarda həvəs yaratmaq lazımdır"... Aradan çox keçmədi, cəmi 300 il. Deyildi, əməl olundu."

Göründüyü kimi, hətta Rusiya rəhbərləri də ermənilərin Cənubi Qafqaza köçürülmə səbəblərini və köçün tarixini dəqiq bilirlər.

SON SÖZ ƏVƏZİ:

İmperiyalar nə vaxtsa yarandığı kimi, bir vaxt da çökür. Ötən əsrin ortalarında faşist Adolf Hitlerin imperiyası dağıldığı kimi. Lakin bu o demək deyil ki, biz tarixi ədaləti bərpa etmək üçün ermənilərin havadarı olan Rusiya imperiyasının süqutunu gözləməliyik. Əsla. Azərbaycanın öz əzəli-əbədi torpaqlarını geri qaytarmağa gücü də var, iradəsi də. Əgər elə olmasaydı, biz şəhidlərimizin qanı bahasına Rusiya imperiyasının tərkibindən çıxa bilməzdik. Deməli, yenə də gücü bir yerə toplayıb son həmləyə hazır olmalıyıq. Ali baş komandanımız cənab İlham Əliyev danışıqlar resursunun bitdiyini elan etdiyi zaman biz bir nəfər kimi imperiyaya və onun faşist xislətli kölələrinə qarşı ayağa qalxmalıyıq.

Şəlalə Nəriman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.