Serj Sarkisyan Baş Qərargah rəisini döydü

Serj Sarkisyan Baş Qərargah rəisini döydü

6 May 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
Yaxın zamanlarda Qarabağ məsələsində real irəliləyişlər gözlənilir

ÖZBAŞINALIQ


Beynəlxalq hüquq normalarına hörmətsiz yanaşan Ermənistan cəzasız qaldıqca daha da azğınlaşır. Qonşu dövlətin rəhbərlərinə elə gəlir ki, özbaşınalıqla hər bir şeyə nail ola bilərlər. Xam xəyallara qapılan Sarkisyan mafiyası və bu mafiyanın idarə etdiyi Ermənistan dövləti açıq-aydın qonşu ölkələrin torpaqlarına iddia edir. Onların hədəfində Türkiyə, Azərbaycan, İran və Gürcüstandır. Erməni ideoloqları sərsəm "Böyük Ermənistan" dövlətini yaratmaq həvəsi ilə Türkiyənin şərqini, Azərbaycanın qərbini, Gürcüstanın cənubunu, İranın şimalını işğal etmək niyyətindədirlər. Hətta internetdə böyük bir xəritə də yerləşdiriblər. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin işğalçı siyasətinə müdaxilə etmir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın 20 faiz ərazisini işğal edən, danışıqlar prosesindən boyun qaçıran Ermənistan nəinki torpaqları geri qaytarmaq istəmir, hətta Gəncəbasar zonasını da işğal etmək istəyini gizlətmir. Amma istək hər zaman reallığı əks etdirmir. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu dəfələrlə vurğulayıb. Prezidentimiz cənab İlham Əliyev müxtəlif görüşlərdə bu fikri inamla səsləndirib. Digər tərəfdən, ermənilərin özbaşınalığından cana doyan Azərbaycan xalqı da Ali Baş Komandanın əmrinə hazırdır.



DÖYÜŞƏ HAZIRIQ


Bəli, biz Ermənistanı sülhə məcbur etmək üçün gücümüzü artırmalı, qüdrətimizi nümayiş etdirməliyik. Yalnız bu halda işğalçı qəflət yuxusundan ayılaraq düzgün mövqeyə qayıda bilər. Qayıtmasa belə, aldığı şillələrdən özünə gəlmək məcburiyyətində qalar. Odur ki, Astana Sammitinin nəticələrindən, daha doğrusu, nəticəsizliyindən narazı qalan Azərbaycan mövqeyini daha da sərtləşdirmişdir. Əgər bir müddət əvvəl problemin həllinin müharibə variantı istisna olunurdusa, artıq hərbi müdaxilə sosial sifarişə çevrilməkdədir və xalqla dövlət bu həll metodunun yeganə çıxış yolu olduğunu anlayır. Ölkəmiz işğalçının layiqli cavabını vermək üçün haqlı olaraq müharibəyə hazırlaşır.



HƏQİQƏTLƏ ÜZ-ÜZƏ


Azərbaycanın mövcud vəziyyətlə razılaşmayacağını bilən Ermənistan rəsmiləri də sərsəm bəyanatlar verməyə başlayıblar. Ümumi büdcəsi Azərbaycanın hərbi xərclərinə bərabər olan, əhalisi ölkəmizin qocalarının sayı qədər olan bu dövlət guya müharibəyə hazır olduğunu bildirir. Halbuki Ermənistan ordusunda baş alıb gedən neqativ hallar, kütləvi maviləşmə prosesi bunun tam əksini göstərir. Artıq erməni gəncləri, sözün əsl mənasında, ordudan yayınmağa başlayıblar. Bu və digər xoşagəlməz problemlər Ermənistan prezidentini əməlli-başlı narahat etməyə başlayıb. Məhz bu səbəbdən ötən il dekabr ayının əvvəllərində Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyan və baş qərargah rəisi Yuriy Xaçaturovla müşavirə keçirmişdir. Müşavirədə prezident ordu rəsmilərini danlamış, təhqir etmiş, hətta onlara əl də qaldırmışdır.



MƏXFİ SƏNƏD


Ermənistanın "zim-Vor.am" saytından əldə etdiyimiz məxfi məlumatlarda tədbirin stenoqramı yer alır. Real vəziyyəti qiymətləndirmək üçün həmin stenoqramı olduğu kimi sizlərə təqdim edirik:


"Serj Sarkisyan əsəbi halda sözə başladı:

- Siz məni biabır etmişsiniz. Əsasən də sən, Seyran. Sən xarici ölkələrə səfər edərkən, beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən mən utandığımdan başımı qaldıra bilmirdim. Bizim ordunu dəhşət bürüyüb. Hamı əsgərlərin kütləvi ölümündən, fərariliyindən danışır. Üç milyonluq ölkədə 10400 fərari ola bilərmi? Homoseksualizm orduda ən yüksək səviyyəyə çatıb. Belə çıxır ki, kim mavi olmaq istəyirsə, orduya gedir, kim istəmirsə, fərarilik edir. Beynəlxalq araşdırma mərkəzlərinin birinin sorğusu sizə məlumdurmu?


Seyran Ohanyan:

- Xeyr, cənab prezident.


Serj Sarkisyan:

- Sən haradan biləsən nə baş verir? Sorğunun nəticələrinə görə, erməni ordusu homoseksualizmin yayılmasında dünyada ilk beşliyə düşür.


Seyran Ohanyan:

- Siz haqlısınız, cənab prezident. Bizim silahlı qüvvələri belə bir bəla haradan tapıb? Mən bu sirri aça bilmirəm. Ancaq siz narahat olmayın, cənab ali baş komandan. Biz dərin profilaktik tədbirlər həyata keçirməyi qərara almışıq. Hollandiyadan bir neçə həkim proktoloq dəvət etməyi planlaşdırmışıq. Onlar erməni ordusunda bu xəstəliyin artımının qarşısını almaq üçün öz tövsiyələrini verəcəklər. Mən artıq onların bir neçə konsultasiyasından keçmişəm. Çox güman ki, bundan sonra faiz azalacaq.


Serj Sarkisyan:

- Yuriy (baş qərargah rəisi), deyəsən, sənin nazirinin başı qaydasında deyil. O nə çərənləyir?


Yuriy Xaçaturov:

- Hər şey qaydasına düşəcək, cənab prezident. Bizə bir az vaxt verin.


Serj Sarkisyan baş qərargah rəisinə acıqlandı:

- Axır vaxtlar sənin əməllərindən də çox şey eşidirəm. Bütün qəzetlər sənin əyyaşlığından və qumarbazlığından yazır. Gah eşidirəm udursan, gah da uduzursan.


"Zim-Vor.am" saytı haqda məlumat almaq istəyən prezident əsəbini cilovlaya bilməyib ermənicə söyüş söydü.Seyran Ohanyan bir anlıq fikrə gedərək dərhal cavab verdi:

- Cənab ali baş komandan, bu sayt təzəlikcə yaranıb. O, simvolik olaraq bizim əsgərlərin adını götürüb.


Serj Sarkisyan:

- Mən bunu bilirəm. Yaxşı bəs o biri sözün mənası nədir?


Seyran Ohanyan karıxdıqda, Yuriy Xaçaturov dərhal sualı cavablandırdı:

- Cənab prezident, bu söz türk mənşəlidir. Biz öz provayderlərimizdən həmin sözü dərhal yığışdırmağı tələb etməliyik.


Görüşdə prezident bir neçə məsələlərə toxundu. Ordudakı neqativ vəziyyət, iqtisadi böhranın orduya təsiri, əsgərlərin hərbi-vətənpərvərlik ruhunun aşağı səviyyədə olması və sair. Bu zaman onun dəfələrlə işlətdiyi küçə söyüşləri, əl-qol hərəkətləri diqqətdən yayınmadı. Hətta müdafiə nazirini qorumağa çalışan baş qərargah rəisinə əl də qaldırdı. Daha doğrusu, əlindəki sənəd dolu qovluğu onun başına çırpdı. Müdafiə nazirinə isə yumruğunu göstərdi. Problemlərin növbəti görüşədək həll olunmayacağı təqdirdə, onu döyəcəyi ilə hədələdi.


Serj Sarkisyan:

- Mən problemlər burulğanında boğularkən siz keflə yaşayırsınız. Bütün saytlar erməni ordusundakı özbaşınalıqdan yazır. YouTube erməni əsgərləri ilə zabitlərinin iyrənc homoseksual həyatını əks etdirən səhnələrlə doludur. Siz bilirsinizmi ordu ilə bağlı mənə nə qədər şikayət daxil olur? İstəyirsiniz onlardan birini sizə oxuyum. Aniysk rayonunun sakini Harutunyan Razmik yazır: "Mənim iki oğlum var. Onları kişi kimi orduya göndərdim. Geri qayıdanda hər ikisi mavi oldu. Mən onlarla bacarmıram. Hər ikisini kilsəyə apardım, amma heç bir faydası olmadı..." Biz belə bir ordu ilə döyüşə bilərikmi? Əgər bizim ordu 2011-ci ildə də bu cür qalacaqsa və siz hərbi qüvvələri toplaya bilməyəcəksinizsə, bu halda özünüzdən küsün. Bu mavi xəstəlik mümkün qədər tez aradan qaldırılmalıdır."



HƏQİQƏT


Xatırladaq ki, sizə təqdim etdiyimiz stenoqram Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri Seyran Ohanyan və baş qərargah rəisi Yuriy Xaçaturov ilə keçirdiyi müşavirədən götürülüb. Bu məxfi sənəd müxtəlif yollarla mətbuata sızıb. Biz də həmin məlumatı olduğu kimi "zim-Vor.am" saytından götürüb sizlərə təqdim etdik. Beləcə, Ermənistan prezidentinin danışıq dilində işlətdiyi küçə söyüşlərinin, məmurlarına qarşı tətbiq etdiyi fiziki gücün və keçirdiyi qəribə hisslərin bir daha şahidi olduq. Bu isə Serj Sarkisyanın həqiqi simasını üzə çıxardı.

Göründüyü kimi, erməni ordusundakı real vəziyyət Ermənistanın ali baş komandanını ciddi şəkildə narahat etməyə başlayıb. Onun keçirdiyi gizli müşavirə Ermənistan ordusundakı acınacaqlı vəziyyətdən xəbər verir. Bu isə bizə düşmənin zəif nöqtələrini aşkar etməyə imkan yaradır.



SON SÖZ ƏVƏZİ:


Hadisələrin inkişafı onu göstərir ki, müharibə qaçılmazdır. Ən azı ona görə ki, düşmən beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən işğalçılıq siyasətinə davam edir və bunu açıq-aydın bəyan etməkdən belə çəkinmir. Rusiyanın hərbi gücünə arxayın olan Ermənistan hər şeyə qadir olduğunu zənn edir. Ancaq bir həqiqəti unudur ki, Azərbaycan da tək deyil, onun arxasında NATO-nun üzvü olan Türkiyə dayanır. Digər tərəfdən, ölkəmiz 90-cı illərin əvvəllərindəki, yenicə müstəqilliyini bərpa etdiyi dövrdəki kimi zəif deyil. Biz o zamanlar xalqın birliyinə nail olduğumuz üçün Rusiya imperiyasının tərkibindən çıxıb azad ola bildik. Sonra Qarabağ cəbhəsində imperiyanın ordusu ilə döyüşməli olduq. Doğrudur, qeyri-bərabər döyüşlərdə torpaqlarımızın 20 faizə qədərini itirdik. Lakin döyüşkən ruhumuzu, azadlıq eşqimizi, suverenlik hüququmuzu itirmədik. Biz yenə də ümumi amal ətrafında birləşmişik. Və bu birliyimiz tezliklə öz müsbət nəticəsini verəcək. Nə Rusiya imperiyası, nə də onun əyaləti olan Ermənistan bu möhtəşəm iradənin qarşısında tab gətirə bilməyəcək. Hadisələri qabaqlayaraq bir proqnoz vermək istərdik: Yaxın üç il ərzində Azərbaycan işğal olunmuş torpaqlarının böyük bir hissəsini geri qaytarmağa nail olacaq.

Könül Aypara

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.