Oğru millətin Milli Qəhrəmanları

Oğru millətin Milli Qəhrəmanları

6 May 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)
Onlarla tanış olsanız, Milli Qəhrəmanlarımızla fəxr edərsiniz

Ermənistanın 15 milli qəhrəmanı vardır (mənbə: Vikipediya). Onlardan yeddisi döyüşlərdəki fəaliyyətinə görə Ermənistanın ən ali mükafatı olan Vətən Ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının isə 211 (mənbə: Vikipediya) Milli Qəhrəmanı vardır. Hər biri Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə bu fəxri ada layiq görülmüşdür. Çoxlarına qəribə gələ bilər ki, nə üçün biz döyüşlərdə "məğlub" olduğumuz halda bu qədər milli qəhrəmanımız var, onlar isə "qalib" olduqları halda qəhrəmanları azdır. Məsələni dərindən araşdırdıqda görə bilərik ki, belə bir yanaşma tərzi kökündən yanlışdır. Əvvəla, ona görə ki, Qarabağ müharibəsi hələ bitməyib və deməli, biz məğlub sayıla bilmərik. O dövrdə imperialist qüvvələrin birbaşa hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın bir hissəsini müvəqqəti olaraq itirmişik və geri qaytarmaq əzmindəyik. İkincisi, qeyd etdiyimiz kimi, yenicə müstəqilliyini qazanmış Azərbaycan yüz illərlə ömrü olan böyük Rusiya imperiyası ilə vuruşmuşdur. Təbii ki, imperiyanın siyasi ambisiyaları və qüvvələr nisbətindəki fərq birinci Qarabağ müharibəsindəki nəticəni labüd etmişdir. Üçüncüsü, Ermənistanın milli qəhrəmanlarından ikisi beynəlxalq təşkilatlar tərəfindən terrorist kimi qiymətləndirilir. Bizim milli qəhrəmanlar isə öz torpaqları uğrunda vuruşaraq bu şərəfli ada layiq görülmüşlər. Dördüncüsü və ən əsası isə odur ki, biz qəhrəmanlar diyarıyıq. Ermənilər bizdən fərqli olaraq başqalarının torpaqlarını işğal etməklə məşğul olan istilaçılardır. Və ən yaxşı halda, onlar bu istilaya görə milli qəhrəman adını rus hərbçilərinə, zabitlərinə və ya muzdlu əcnəbi döyüşçülərə verməli idilər. Mövzunun aktuallığını nəzərə alaraq, faktlara istinadən erməni milli qəhrəmanları barədə araşdırma apardıq. Bugünkü məqalə məhz həmin araşdırmaların nəticələrinə əsaslanır.

HƏRBİ NAZİRİN ETİRAFI

Ermənistan Respublikasının eks müdafiə naziri Vaqarşak Arutunyan bu günlərdə erməni qəzeti "168 jam"-a verdiyi müsahibəsində tarixi bir həqiqətə aydınlıq gətirmişdir. Eks nazir birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Rusiya Federasiyası tərəfindən birbaşa hərbi dəstəyi ilə Azərbaycan torpaqlarını "fəth" edə bilməsi faktını etiraf etmişdir. Birinci Qarabağ döyüşləri zamanı Ermənistanın müdafiə naziri olmuş Vaqarşak Arutunyan çıxışında bildirmişdir: "... 20 il ərzində bizim Rusiya Federasiyası ilə müttəfiqliyimiz ordumuzun gücünü, Ermənistanın təhlükəsizliyini təmin etmişdir. Bu işgüzar əlaqələrin nəticəsində biz Dağlıq Qarabağda qalib gəlmişik və əldə olunan atəşkəs rejimi indiyədək qorunub saxlanılır." Eks nazir ikinci Qarabağ müharibəsinin başlayacağı təqdirdə, ölkəsinin imkanlarını olduqca aşağı qiymətləndirərək demişdir: "... Ermənistandakı bütün hədəflər Azərbaycan Silahlı qüvvələri üçün əlçatandır... Azərbaycan öz Hərbi Doktrinasında Ermənistanı işğalçı ölkə kimi qeyd edir... Fikrimcə, Qarabağ müharibəsi bərpa olunarsa, Rusiya Ermənistana birbaşa hərbi yardım etməyəcək."

Göründüyü kimi, birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusuna rəhbərlik etmiş şəxs də ermənilərin müvəqqəti uğurunu Rusiyanın hərbi dəstəyi ilə əlaqələndirmiş və müharibənin ikinci mərhələsində bu köməyin olmayacağını etiraf etmək məcburiyyətində qalmışdır.

MÜQAYİSƏ ÜÇÜN

O dövrlər müstəqilliklərini yenicə bərpa etmiş Azərbaycanla Ermənistanı iki körpəyə bənzətsək, belə bir mənzərə ilə qarşılaşa bilərik. Sanki iki həmyaşıd körpə, daha doğrusu, nisbətən zəif olan Ermənistan özündən güclü olan Azərbaycana sataşır. Onlar arasında dava düşərkən Ermənistana böyük qardaşı Rusiya kömək edir. Qeyri-bərabər döyüşdə Rusiya Azərbaycanı yerə yıxır və Ermənistana ona zərbələr endirməyə imkan yaradır. Müqayisə o qədər ürəkaçan olmasa da, birinci Qarabağ müharibəsinin məntiqi reallığını əks etdirir. Deməli, başqasının köməyi ilə "qələbə" qazanmaq üçün qəhrəmanlıq tələb oluna bilməzdi. Sözün əsl mənasında böyük Rusiya imperiyası ilə vuruşmalı olan bizlər isə qəhrəmanlıq göstərdiyimiz üçün tamamilə məhv olmadıq. Necə ki, 1990-cı ilin 20 yanvar günündə biz imperiyaya qəhrəmancasına müqavimət göstərmişdik.

HÖRMƏTSİZLİK

Qayıdaq ermənilərin milli qəhrəmanlarına. Əvvəla, nəzərinizə çatdıraq ki, bu ölkənin 15 milli qəhrəmanından səkkizi ümumiyyətlə Ermənistan vətəndaşı olmamışdır. Nə qədər qəribə səslənsə də, üçünün doğum yeri heç bir erməni mənbəyində bildirilmir. Belə demək olarsa, yersiz-yurdsuz, yiyəsizdirlər. Yalnız dörd erməni milli qəhrəmanı Ermənistan doğumludur. Yeri gəlmişkən, rəsmi erməni statistikasında milli qəhrəmanların sayı on beş göstərilsə də, bəzi erməni mənbələrində onların sayı on iki nəfər kimi qeyd olunur. Hətta milli qəhrəmanların sayının yeddi nəfər olduğunu bildirən mənbələr də mövcuddur. Bu isə Ermənistan cəmiyyətinin öz milli qəhrəmanlarına qarşı hörmətsizliyini və ya yetərincə savadlı olmamaqlarını göstərir. Biz Ermənistanın milli qəhrəmanlarını bir-bir araşdırarkən dəfələrlə bu halların şahidi olduq. Belə ki, üç erməni milli qəhrəmanı haqda heç bir məlumat nə rəsmi erməni saytlarında, nə də müstəqil mətbuatda yox idi. Əslində, bu halı gözləmək olardı. Axı həqiqi qəhrəman cəmiyyətin qəlbində əbədi məskən salır, saxtakar isə yaddaşlardan silinib gedir.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - DİNİ VƏ ELMİ RƏHBƏR

Ermənistanın ilk milli qəhrəmanı Rumıniyanın Buxarest şəhərində dünyaya gəlmiş ümumerməni katolikosu I Vazgendir. Orta və yaşlı nəslin nümayəndələri onu yaxşı tanıyırlar. O, həmin dini rəhbərdir ki, cəmiyyəti sülhə, qardaşlığa səsləməli olduğu halda, ötən əsrin 80-ci illərinin axırlarında erməniləri antimüsəlman, antitürk əhval-ruhiyyəsində qızışdıraraq, açıq-aydın silahlı mübarizəyə, üsyana səslədi. Məhz onun dini-ideoloji rəhbərliyi altında ermənilər Azərbaycana qarşı düşmən mövqedə birləşməyə başladılar. Nəticə isə göz qabağındadır. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən 30 minə yaxın insan həlak oldu, 100 minlərlə vətəndaş əlilə çevrildi, 1,5 milyon adam yurdsuz-yuvasız qaldı. Görəsən, bu qədər insanın faciəsinə səbəb olduğuna görəmi ona Ermənistanın milli qəhrəmanı adını verdilər?

Ermənistanın digər milli qəhrəmanı Ermənistan Elmlər Akademiyasının prezidenti akademik Viktor Ambarsumyandır. Rusiya imperiyasının Tiflis quberniyasında dünyaya gəlmiş bu adam da Qarabağda erməni separatizminin təməlini qoyanlardan biridir. Daha doğrusu, separatçı "Krunk" və "Qarabağ" təşkilatlarının təsisçilərindəndir. Deməli, yuxarıda qeyd etdiyimiz insanlıq dramını onun da vicdanına yazmaq lazımdır.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - TERRORİSTLƏR

Osmanlı imperiyasında dünyaya göz açmış Alek Manukyan adlı şəxs isə Avropada yüzlərlə dinc insanı qətlə yetirmiş ASALA erməni terror təşkilatındakı "fəaliyyətinə" görə milli qəhrəman adına layiq görülmüşdür. Doğrudur, onun əməyi rəsmi məlumatda belə qiymətləndirilir: "ümummilli əhəmiyyətli məsələlərdə müstəsna xidmətinə, millət naminə çoxillik və məhsuldar fəaliyyətinə görə Ermənistanın milli qəhrəmanı adına layiq görülməklə Ermənistanın vətən ordeni ilə təltif olunsun." Dünyanın müxtəlif yerlərində dinc vətəndaşların ölümünü təşkil etmək erməni milləti qarşısında "xidmət" sayılırsa, onların belə "qəhrəmanları" çox olmalıdır.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - YİYƏSİZLƏR

Digər üç milli qəhrəman haqda ümumiyyətlə məlumat yoxdur. Onlar Abramyan Civan, Mikaelyan Qexaznik və Qorqisyan Movsesdir. Onların dünyaya gəldikləri yer də rəsmi məlumatlarda qeyd olunmayıb. Görünür, yiyəsiz, yurdsuz-yuvasız olan bu insanlar təsadüfən Qarabağ müharibəsinə düşərək, orada məhv ediliblər.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - SAXTAKARLAR

Fransanın Paris şəhərində dünyaya göz açmış Şarl Aznavur isə Fransa dövlətində qondarma erməni soyqırımı məsələsinin təsdiq olunmasında göstərdiyi "müstəsna" xidmətlərinə görə bu ada layiq görülüb. Ötən əsrin əvvəllərində yüz minlərlə azərbaycanlının və türkün ölümünə səbəb olan erməni xəyanətini erməni faciəsi kimi qələmə verən bu insanın fitnəkarlığı, saxtakarlığı erməni milli qəhrəmanlığı kimi qiymətləndirilmişdir. ABŞ-ın Kaliforniya ştatında həyata gəlmiş Kerkoryan Kirk adlı şəxs də yaşadığı ştatda eyni "xidmətlərinə" görə milli qəhrəman adını almışdır.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - QURBANLIQ QOYUNLAR

Ermənistan doğumlu Dəmirçiyan Karen (qeyd: Ermənistan parlamentinin eks spikeri) və Sarkisyan Vazgen (qeyd: Ermənistan eks baş naziri) 27 oktyabr 1999-cu ildə erməni terrorunun qurbanı olmuşlar. Xatırlayırsınızsa, o zaman ölkə prezidenti olmuş Robert Koçaryanın birbaşa tapşırığı ilə bir qrup terrorçu parlamentə soxularaq müxalifətdən olan dövlət məmurlarını qətlə yetirmişdi. Terrorizmi yeganə mübarizə metodu kimi seçən ermənilər bu dəfə özününküləri qətlə yetirmiş, sonradan gözdən pərdə asmaq üçün ölənlərə milli qəhrəman adını vermişlər.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - CANİLƏR

Rusiyanın Volqoqrad vilayətində həyata gəlmiş Poqosyan Yura Xocalı faciəsinin birbaşa iştirakçısı olmuşdur. Yəqin dinc əhalinin məhv edilməsi erməni dilində milli qəhrəmanlıq deməkdir. Ermənistan doğumlu Krpeyan Tatul və Ayvazyan Viktor Dağlıq Qarabağda azərbaycanlı kəndlərinə amansız hücumları zamanı dinc əhalinin qanını tökdükləri üçün bu ada layiq görülüblər. Xatırladaq ki, hər ikisi Dağlıq Qarabağ müharibəsinin əvvəllərində məhv ediliblər. Deməli, Azərbaycan ordusuna qarşı deyil, silahsız kəndlilərə qarşı vuruşublar.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - İMPERİALİSTLƏR

Ukraynada dünyaya gəlmiş, sovet dövründə, daha doğrusu, M.Qorbaçovun rəhbərliyi dövründə (qeyd: 1985-1990-cı illərdə) SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində çalışmış Rıjkov Nikolay da Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, vətən ordeni ilə təltif olunmuşdur. Ermənilər guya zəlzələ zonası Spitaka göstərdiyi yardımına görə ona bu adı vermişdilər. Halbuki eyni məntiqə görə, bu adı daha çox o vaxtkı SSRİ rəhbəri olmuş M.Qorbaçov almalı idi. Digər tərəfdən, o vaxt Ermənistan SSR SSRİ-nin tərkib hissəsi sayılırdı və ölkənin istənilən yerində baş vermiş fövqəladə vəziyyətin aradan qaldırılması ölkə rəhbərlərinin birbaşa vəzifə borcu sayılmalı idi. Deməli, bu məsələnin pərdəarxası tərəfləri mövcuddur. Siyasətdən az-çox xəbəri olanlar bilirlər ki, məhz M.Qorbaçov ölkə rəhbərliyinə gəldikdən sonra Heydər Əliyevin siyasi fiqur kimi Sov İKP MK-dan və tutduğu vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirmişdi. Ulu öndərimiz o zamanlar SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışırdı. Bu müddət ərzində türkdilli respublikaları himayəsi altında saxladığı kimi, erməni separatizminin baş qaldırmasına imkan yaratmırdı. Göründüyü kimi, yalnız o siyasətdən uzaqlaşacağı təqdirdə, rus-erməni cinayətkar tandemi fəaliyyətə başlaya bilərdi. Elə də oldu. M.Qorbaçov SSRİ Nazirlər Sovetinin Sədri N.Rıjkovun əli ilə onun birinci müavini Heydər Əliyevin vəzifədən getməsinə nail oldu.

OĞRU MİLLƏTİN QƏHRƏMANLARI - QANİÇƏNLƏR

Ümumdünya miqyaslı terrorist Avo Monte Melkonyanın adını bilərəkdən sonuncu qeyd etdik. Belə ki, ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlmiş bu cani uzun illər PKK sıralarında vuruşmuş, Livanda vətəndaş müharibəsində fəal iştirak etmiş, Fransada bir neçə terror hadisəsinin təşkilatçısı olmuş, buna görə iki dəfə həbsə alınmış, ömrünü saxta sənədlər düzəltməklə və qan tökməklə keçirmiş, sonda isə Qarabağa gələrək Azərbaycan kəndlərinin işğalı əməliyyatlarına rəhbərlik etmiş, nəhayət, qəhrəman türk oğlu tərəfindən layiqli cəzasını almışdır. Bəli, uzun illərdən bəri dünyada günahsız insanların qanını tökmüş terroristi 1993-cü ilin 12 iyun günü Ağdam rayonunun Mərzili kəndində tək tutan, diz çökdürüb yalvardan, öldürən və başını bədənindən üzən qəhrəman tapıldı. 22 yaşlı bu gəncin adı İbad Hüseynovdur. Bu barədə növbəti məqalələrimizin birində daha ətraflı məlumat verəcəyik. Hələliksə onu deyə bilərik ki, Avo Monte adlı terrorçunun adını bu gün İrəvanda bir universitet, bir məktəb, bir körpü, bir xeyriyyə fondu və bir hərbi hissə daşıyır. Bu isə Ermənistan dövlətinin terrora və terrorçulara verdiyi ən yüksək qiymətin göstəricisidir.

SON SÖZ ƏVƏZİ:

Gördüyünüz kimi, Ermənistanın 15 milli qəhrəmanının heç biri Qarabağda dünyaya gəlməmişdir. Lakin hər biri "Qarabağ" məsələsi ilə əlaqədar bu adı almışdır. Bu isə o deməkdir ki, biz birinci Qarabağ müharibəsində böyük imperiyalarla, diaspor təşkilatları ilə və terrorist şəbəkələrlə vuruşmuşuq. 210 milli qəhrəmanımızın və minlərlə qəhrəmanlarımızın qanı-canı bahasına həmlələrə fədakarcasına sinə gərmişik. O dövrdə biz müstəqilliyimizi yenicə bərpa etmişdik və böyük güclərin qarşısında çətinliklə müdafiə olunurduq.

İndi isə biz güclüyük. Hər an gücümüzü artıran düzgün siyasətin ətrafında sıx birləşmişik və Qarabağa doğru mətin addımlarla irəliləyirik. Bu şərəfli yolda hər birimiz qəhrəmanlıq göstərməyə hazırıq. Tarixin səhifələrində qəhrəman axtarışında olan, həyatda isə qəhrəmanlardan qıtlıq çəkən ermənilərlə görüşəcəyimiz an uzaqda deyil!

Qocayev Natiq (QOCAMAN)

Mediainfo.az

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.