Ermənistanın baş naziri rüşvəti bir əldə toplamağa çalışır

Ermənistanın baş naziri rüşvəti bir əldə toplamağa çalışır

18 Aprel 2013 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni qanun layihəsi nazirliklərin “gəlirli” şöbələrini baş nazirə tabe edəcək

Ermənistanda bütün gəlirli sahələr bir əldə toplanmağa başlayıb. Ölkənin "Qraparak" qəzetinin yaydığı məlumata görə, baş nazir Tiqran Sarkisyan nazirliklərin funksiyalarını məhdudlaşdıraraq onların yalnız qanun yazmaq səlahiyyətini saxlayıb. Bu günlərdə hökumətdə keçirilən toplantıda müxtəlif nazirliklərdə fəaliyyət göstərən nəzarət təftiş şöbələrinin vahid qurumda birləşdirilməsi layihəsi müzakirə olunub və belə qərara gəlinib ki, həmin qurum birbaşa baş nazirə tabe olsun. Qəzetin yazdığına görə, bununla baş nazir ölkədəki bütün "gəlirli" sahələri öz əlində toplamağa çalışır, bu isə korrupsiyaya qarşı mübarizə pərdəsi altında rüşvətin daha da artacağına şərait yaradacaq.

O.M.