Ermənistanda prezident seçkiləri ilə bağlı növbəti qalmaqal baş verdi

Ermənistanda prezident seçkiləri ilə bağlı növbəti qalmaqal baş verdi

19 Fevral 2013 15:48
Bəyəndim (0) Bəyənmədim (0)
ATƏT nümayəndələri mətbuat konfransını yarımçıq kəsməli oldular

Ermənistanda prezident seçkiləri ilə bağlı növbəti qalmaqal baş verib. Ölkə mətbuatının yaydığı məlumata görə, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları (DİİH) üzrə bürosu Yerevanın "Mariot Armenia" hotelində mətbuat konfransı keçirərkən gözlənilməz etiraz aksiyasının şahidi olub. Bir nəfər əlində seçki pozuntularını əks etdirən plakatı açaraq 18 fevral seçkiləri zamanı buraxılan səhvləri bir-bir oxumağa başlayıb. ATƏT-in DİİH nümayəndələri mətbuat konfransını yarımçıq kəsməli olublar.

Xatırladaq ki, bu nüfuzlu beynəlxalq təşkilat dünənki seçkilərin rəqabətyönlü olduğunu və əvvəlki prezident seçkilərinə nisbətən inkişafın qeyd olunduğunu bəyan etmişdi.

O.M.