Erməni mətbuatı: “Sarkisyan Rusiya hökumətində arzuolunmaz şəxs elan edilib”

Erməni mətbuatı: “Sarkisyan Rusiya hökumətində arzuolunmaz şəxs elan edilib”

8 Fevral 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan respublikasının baş naziri Tiqran Sarkisyan Rusiya rəsmiləri tərəfindən arzuolunmaz şəxs elan olunub. Rusiya iqtidarının təmsilçiləri artıq onunla əməkdaşlıq etmək istəmirlər. Ermənistanın "Joxovurd" qəzetinin yaydığı məlumata görə, Tiqran Sarkisyan daha çox Rusiya nazirlər kabinetinin qəzəbinə tuş gəlib. Belə ki, o, sonuncu çıxışlarının birində Ermənistanın "Gömrük İttifaqına" üzv olmasını kəskin tənqid edib. Bundan sonra Rusiya tərəfi diplomatik dillə ondan incik olduğunu nümayiş etdirməyə başlayıb. Məhz bu səbəbdən baş nazirin çoxdan planlaşdırılan Rusiya səfəri qeyri-müəyyən səbəblərdən təxirə salınır.

Qəzetin yazdığına görə, baş nazir jurnalistlərin suallarını cavablandırarkən deyilənləri inkar edib.

O.M.