VİDEO: Ermənilər iqtidara qarşı ayağa qalxdılar!

VİDEO: Ermənilər iqtidara qarşı ayağa qalxdılar!

2 İyul 2012 21:01
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan Respublikasının Ombudsmeni: “Qorxu erməni cəmiyyətinin ən böyük bəlasıdır”

Xəbər verdiyimiz kimi, 17 iyun günü İrəvanın Açaryan 29 ünvanında yerləşən "Arsnakar" restoranında mühafizə xidmətinin əməkdaşları Ermənistan ordusunun mayoru, mərkəzi hospitalın şöbə müdiri Vaqe Avetyanı, hərbi həkim kapitan Artak Bayadyanı və milli ordunun baş leytenantı Qarik Soqomyanı xüsusi qəddarlıqla döyüblər. Nəticədə 29 iyun günü mayor hospitalda vəfat edib.

Dünən isə bu hadisəyə etiraz əlaməti olaraq Ermənistan ordusunun podpolkovniki Vardan Samvelyan əlində şübhəli çamadan "Arsnakar" restoran kompleksinə gələrək binanı partladacağını bildirib. Hadisə yerinə çağırılan əməliyyat-istintaq qrupu onunla 3 saat danışıq aparıb. Nəticədə, podpolkovnik polisə təslim olub.

Hər iki hadisə Ermənistan cəmiyyətinin gündəmində qalmaqda davam edir. Kriminal oliqarxların, cinayətkar ölkə rəhbərliyinin özbaşınalığından narazı qalan sadə vətəndaşlar məsələyə aydınlıq gətirilməsini və günahkarların cəzalandırılmasını tələb edirlər. İnsanların fikrincə, qanlı hadisə "Arsnakar" restoranının sahibi, hakim "Respublika" partiyasından olan deputat, Ermənistan Futbol Federasiyasının prezidenti və kriminal aləmdə "Nemes" ləqəbi ilə tanınan Ruben Hayrapetyanın sifarişi ilə törədilib. Bəri başdan qeyd edək ki, mayor Vaqe Avetyanın cənazəsi hökumətin təklif etdiyi "Yerablur" hərbi məzarlığında deyil, vətəndaşların dəfn olunduğu "Zeytune" qəbiristanlığında dəfn edilib. Bu isə dövlətə qarşı etiraz əlamətinin bir nümunəsidir.

Yerli mətbuatın yazdığına görə, ölkədə etiraz dalğaları səngimək bilmir. Mayoru dəfn etməyə gələn minlərlə insan bu gün Ermənistan Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər. Ölkədə matəmlə əlaqədar olaraq 2 gün sükut günləri elan olunub. Cümə axşamı isə etirazçılar Ermənistan prezidentinin iqamətgahı qarşısında toplanacaqlar.

Bütün bu hadisələrin fonunda ölkədə insan hüquq və azadlıqlarının təminatçısı sayılan Ombudsmen Karen Andreasyanın sükutu vətəndaşların qəzəbini daha da artırıb. 17 iyundan, hadisə baş verən gündən bəri səssizliyini qoruyan Ombudsmen nəhayət ki, bu gün sükutunu pozdu. O, mətbuat qarşısına keçərək bu addımını gözlənilməz şəkildə izah etdi. Karen Andreasyan ilk əvvəl qeyd etdi ki, vəzifə səlahiyyətlərinə uyğun olaraq, bu cür hadisələrə müdaxilə edə bilməz. Daha sonra jurnalistlərdən birinin verdiyi "nə üçün cəmiyyətdə bu cür hallar baş verir" sualına cavab verməli oldu. Ombudsmen Karen Andreasyan bu sualı ehtiyatla və ad çəkmədən cavablandırdı: "Bütün bu hadisələr qorxudan irəli gəlir. Bizim cəmiyyətin ən böyük bəlası qorxudur. Məhkəməyə düşməkdən, haqsız yerə cəza almaqdan qorxursan. Qorxursan ki, polis səni döyəcək. Yol polisi əməkdaşının qeyri-qanuni olaraq sənin yolunu kəsəcəyindən qorxursan. Qorxursan ki, sonuncu təqaüdünü ala bilməyəcəksən və ya təqaüdün sənə bəs eləməyəcək. Qorxu erməni cəmiyyətinin ən böyük bəlasıdır. Bu gün sadə ermənilər hər şeydən qorxurlar".

Daha sonra Ombudsmen bütün inkişaf etmiş cəmiyyətlərdə qorxunun mövcud olduğunu, lakin bunun əks formada təzahür etdiyini bildirdi: "Qorxu rüşvət alan məmurda, qoluzorba insanda olmalıdır. Qorxu hakimiyyət nümayəndələrində olmalıdır ki, cəmiyyət bu cür həyəcan və hiddət içərisindədir. "

Sonda Ermənistan Respublikasının Ombudsmeni ölkədə köklü məhkəmə-hüquq islahatlarının vacib olduğunu vurğulayaraq, əks halda, erməni cəmiyyətinin qorxu içərisində yaşamağa davam edəcəyini vurğuladı.

Böyük rus şairi A.S.Puşkin böyük uzaqgörənliklə demişdi: "Sən oğrusan, sən qulsan, çünki sən ermənisən". Bu gün isə biz əlavə edirik: "Sən oğrusan, sən qulsan, sən qorxaqsan, çünki sən ermənisən, hətta Ombudsmen olsan belə"..

Natiq Qocaman

O.M.