İnterpol xətti ilə axtarışda olan erməni qatil tutuldu

İnterpol xətti ilə axtarışda olan erməni qatil tutuldu

2 İyul 2012 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Rusiyanın Volqoqrad şəhərinin polis əməkdaşları Ermənistan və Almaniyanın İnterpol xətti ilə axtarışa verdikləri silsilə qatili yaxalayıblar.

Tert.am-ın məlumatına görə, 37 yaşlı Andranik Yeremyan 2003-cü ildən bəri beynəlxalq axtarışda idi. O, 3 nəfəri öldürməkdə və 1 nəfəri girov götürərək pula satmaqda ittiham olunurdu. 01 iyul günü Volqoqradın Voroşilov rayonunda, nəhayət ki, cani ələ keçirildi. Axtarış zamanı onun evindən odlu silah və saxta pasportlar aşkar edildi.

Törətdiyi çoxsaylı cinayətlərə görə, Andranik Yeremyan Ermənistanda ömürlük, Almaniyada isə 15 il həbs cəzası ala bilər.

O.M.