Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

4 Mart 2021 22:06
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Oxuməni.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".