BAO-ya ağır itki üz verib

BAO-ya ağır itki üz verib

3 Mart 2021 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bütöv Azərbaycan Ocaqları olaraq çox ağır bir xəbər aldıq. Bütöv Azərbaycan Ocaqlarının üzvü, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş DİLAVƏR MİRZƏKİŞİ OĞLU ƏZİMLİ vəfat edib. Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq dəyərli ziyalımız, əqidədaşımız Dilavər Əzimliyə Allahdan rəhmət diləyir, başda həyat yoldaşı, tanınmış jurnalist Arzu xanım Qazıyeva olmaqla ailəsinə, yaxınlarına, Bütöv Azərbaycançılara, Dilavər bəyi tanıyan və sevən hər kəsə, elmi-pedaqoji ictimaiyyətə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.

BAO İnformasiya Xidməti. Bakı, 03 mart 2021-ci il.