Qarabağ qazisi narazıdır: Bizim haqqımız olan... - Video

Qarabağ qazisi narazıdır: Bizim haqqımız olan... - Video

22 Fevral 2021 11:45
Bəyəndim (6) Bəyənmədim (0)

Vətən müharibəsində bir ayağını itirmiş qazi Vasif Nəbiyev də ona əlillik dərəcəsinin düzgün təyin edilməməsindən narazıdır.

Oxuməni.az xəbər verir ki, "İTV Xəbər-Yekun”a danışan V.Nəbiyev Kəlbəcərin Hacıkənd kənd sakinidir və hazırda Yevlaxda yaşayır.

Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşən Vasif Nəbiyev minaya düşüb. 8 saat sonra xilas edilən Vasif hərbi hospitala gətirilib. Burada onun sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

“Mən qəzaya düşməmişəm, yıxılmamışam, ayağımı qırmamışam. Vətən uğrunda döyüşmüşəm, ayağımı itirmişəm. Borcumuzdur. Amma bizim haqqımız olan 3-cü qrup əlillik deyil, 2-ci qrupdur”, - deyə V.Nəbiyev bildirib.

Onun sözlərinə görə, 3-cü qrup əlillik təyin olunacağı halda hərbi xidmətdəki maaşının cəmi 55%-ni alacaq.

Qeyd edək ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı yeni meyarlar hazırlanıb. Xüsusən, beynəlxalq təcrübə əsas götürülüb. Layihədə vətəndaşların əlliliyi artıq ənənəvi üç dərəcə ilə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi və bundan irəli gələrək insanın həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması dərəcəsi ilə qiymətləndiriləcək.

Xatırladaq ki, bir ayağını itirmiş Vasif Nəbiyevin bazarda işləməsi ilə bağlı bir neçə gün əvvəl sosial şəbəkələrdə foto paylaşılmışdı.

Oxuməni.az videogörüntüləri təqdim edir: