Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

26 Yanvar 14:32
191
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

Oxuməni.az xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladı. Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunuldu.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.