"Kiminsə hünəri varmı ki, harasa yardım edib bunu işıqlandırsın, dərhal üstünə düşürlər..."

"Kiminsə hünəri varmı ki, harasa yardım edib bunu işıqlandırsın, dərhal üstünə düşürlər..."

25 Yanvar 15:45
179
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycanda xeyriyyəçilik ənənələri necə ki, ötən əsrin əvvəllərində qırıldı, o inkişaf etmir. Ona görə yox ki, azərbaycanlılar xəsisdirlər, yaxud da varlı pulunun üstündə oturub elə səhərdən-axşama kimi özünü düşünür”

Oxuməni.az xəbər verir ki, bunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev moderator.az-a açıqlamasında deyib. A.Əliyevin sözlərinə görə bir çox sahələr kimi, ölkədə xeyriyyəçilik də təşviq olunmalıdır:

“Azərbaycanda xeyriyyəçilik ənənələri necə ki, ötən əsrin əvvəllərində qırıldı, o inkişaf etmir. Ona görə yox ki, azərbaycanlılar xəsisdirlər, yaxud da varlı pulunun üstündə oturub elə səhərdən-axşama kimi özünü düşünür. Sadəcə Azərbaycanda xeyriyyəçilik üçün imkanlar yoxdur. Bu sahəyə də nəzarət olunur. Kiminsə hünəri varmı ki, harasa yardım edib, bunu işıqlandırsın? Dərhal bunun üstünə düşürlər. Amma mən sizi inandırım ki, adam gətirib harasa köməklik edir və xahiş edir ki, heç yerdə adım çıxmasın. İkinci tərəfdən də xeyriyyəçilik təşviq olunmalıdır, bunun cəmiyyət tərəfindən dəyəri verilməlidir ki, buna insanlar tərəfindən həvəs də olsun. Vergi ödəməyi görün nə gözəl təşviq edirlər, son 10 il ərzində bu istiqamətdə kifayət qədər irəliləyiş var. Xeyriyyəçiliyi də təşviq etsələr, bu öz yerini tutar. Çünki 19-cu əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda pul olub, bir tərəfdən ehtiyacı olanlara və ikinci tərəfdən ölkənin abadlaşmasına bunu sərf ediblər. Bu orda necə kəsilibsə, indiyə qədər bu davam edir və xeyriyyəçilik edən də gizli edir. Əgər 90-cı illərin əvvəllərini xatırlasaq, Naxçıvandakı və burdakı iş adamları elə Milli Hərakatın özünə və tələbələrin təhsil almasına kifayət qədər yardım etdilər. Bir balaca belə dirçəliş olan kimi baxırsan ki, insanlar xeyriyyəçilik edirlər. Din də, insanlıq da bunu bizdən tələb edir”.