Sərtləşdirilmiş karantin rejimi ləğv edilib

Sərtləşdirilmiş karantin rejimi ləğv edilib

16 Yanvar 15:12
91
Bəyəndim (1) Bəyənmədim (0)

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, karantinin rejiminin yumşaldılmasına başlanılıb. Qərarları qısa variantda təqdim edirik:

Karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb

18 yanvardan SMS və portaldan icazə ləğv olunur

Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək

İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək)

Metro işləməyəcək

"Mallar", iri ticarət mərkəzləri işləməyəcək

Təhsil ocaqları, kurslar və s. hələ ki, işləməyəcək. (Gələn həftə bununla bağlı brifinq olacaq)

Maskadan istifadə məcburidir.

18 yanvardan vaksinaisya başlayır

Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq

Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur.

Oxuməni.az