Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək

Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək

3 Dekabr 2020 16:33
278
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub.

Oxuməni.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfər 9-10 dekabrda baş tutacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən məqsəd bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak etməkdir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

Oxuməni.az