Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

3 Dekabr 2020 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Oxuməni.az xəbər verir ki, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.