Qondarma Dağlıq Qarabağın "müstəqilliyini" tanıyan Peskovun cavabını kim verəcək?

Qondarma Dağlıq Qarabağın "müstəqilliyini" tanıyan Peskovun cavabını kim verəcək?

2 Dekabr 2020 16:28
Bəyəndim (1) Bəyənmədim (1)

Qondarma Dağlıq Qarabağ Respublikasında (“DQR”) rus dilinə dövlət dili statusu verilə bilər.

Oxuməni.az xəbər verir ki, artıq “DQR”in “parlamenti” bu barədə qanun layihəsi hazırlayır. Layihəyə görə, rus dili “DQR”də ikinci dövlət dili hesab ediləcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu addımı alqışladıqlarını deyib.

Rusiya hakimiyyəti, Qarabağdakı rus dilinə ikinci dövlət dili statusunun verilməsini alqışlayır. "MK" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, rus dilindən Qarabağda, o cümlədən Azərbaycanda və Ermənistanda istifadə olunur. "Dünyanın bir çox yerində, o cümlədən postsovet məkanında bu dildə danışılır” deyən Peskov əlavə edib ki, Moskva rahat ünsiyyət vasitəsi olan rus dilinin yayılmasını və bilmə səviyyəsinin artırılmasını təşviq etməyə hazırdır. Kremlin sözçüsü bildirib ki, Rusiya Azərbaycan və Ermənistana rus dilinə ikinci dövlət dili statusu verilməsini təklif etməyib. “Bu ölkələrin daxili işidir”, - deyə o qeyd edib.

Beləliklə Rusiya sülhməramlılarının Qarabağa gətirilməsinin arxasında Kremlin dayandığı niyyət ortaya çıxdı. Peskov ən azından Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deməli idi. Amma demədi və bununla da ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımadığını nümayiş etdirmiş oldu. Maraqlıdır, ərazi bütövlüyümüzə Peskov tərəfindən hörmətsizlik edilməsinə Azərbaycan Xarici İşlər Nazirliyi etiraz edəcəkmi, yoxsa bu məsələnin üstündən sükutla keçəcək? İstənilən halda Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyadan izahat tələb etməyəcəyi təqdirdə bu, adı çəkilən qurum tərəfindən ölkəmizin ərazi bütövlüyünə təhdidlə razılaşmaq kimi qəbul ediləcək...