Kəlbəcərə komendant təyin edilib

Kəlbəcərə komendant təyin edilib

2 Dekabr 2020 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenant Haqverdi Əkbərov təyin edilib”.

Oxuməni.az