Ramiz Zeynalov vəzifəsindən azad olundu

Ramiz Zeynalov vəzifəsindən azad olundu

2 Dekabr 2020 11:20
Bəyəndim (1) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tutduğu vəzifəsindən azad olunub.

Oxuməni.az-ın xəbərinə görə, nazirin əmrilə R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi. O 26 ildən artıq idi ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini həyata keçirirdi. Bununla da o müstəqillik tariximizdə ən uzunömürlü vəzifə sahibi kimi qalacaq.

Oxuməni.az