"Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

"Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

28 Noyabr 2020 15:48
244
Bəyəndim (0) Bəyənmədim (0)

“Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”.

Oxuməni.az xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, artıq beynəlxalq münasibətlərdə şəhərlərə qarşı istifadə edilən bu kimi əməllər urbisid, yəni genosidin şəhərlərə qarşı istifadə olunması termini ilə izah olunur:

“Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən şəhərə qarşı genosid siyasəti həyata keçirilirdi”.