Azərbaycan ordusu Zod qızıl yatağını tam nəzarətə götürüb – VİDEO

Azərbaycan ordusu Zod qızıl yatağını tam nəzarətə götürüb – VİDEO

27 Noyabr 2020 16:18
354
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 25-də Kəlbəcərin azad olunmasından sonra erməni tərəfi süni şəkildə sərhəd xətlərini dəyişdirməyə çalışıb.

Oxuməni.az xəbər verir ki, ermənilər Zod qızıl mədəninin böyük hissəsini öz ərazilərindən 1,5 kilometr Azərbaycan ərazisinin daxilinə tərəf dəyişməyə cəhd göstərib. Lakin Azərbaycan hərbçilərinin müdaxiləsindən sonra Zod qızıl mədənləri üzərində nəzarət tam olaraq Azərbaycan tərəfinə keçib.

Politoloq Əziz Əzizbəylinin sözlərinə görə, digər bir məsələ isə delimitasiya, yəni dövlət sərhədi xəttinin müqavilə ilə müəyyən olunması prosesi ilə bağlıdır.

“Azərbaycan istənilən formada sərhəd xətlərini dəqiqləşdirməkdə və dəyişməkdə müstəqildir”.

Qeyd edək ki, artıq sözügedən məsələ öz həllini tapıb və Azərbaycan ordusu Zod qızıl mədəninə nəzarəti tam olaraq ələ alıb.

Oxuməni.az Baku.tv-yə istinadən videogörüntüləri təqdim edir: