Düşmən Kəlbəcərdən sonra Laçında da evləri yandırır...

Düşmən Kəlbəcərdən sonra Laçında da evləri yandırır...

26 Noyabr 2020 14:20
Bəyəndim (0) Bəyənmədim (5)

Laçını dekabrın 1-nə qədər tərk etməyə hazırlaşan ermənilər Kəlbəcərdə və Ağdamda olduğu kimi bu ərazilərdə də yanğınlar törədirlər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, beynəlxalq jurnalistlər həmin vandalizm aktlarının bir hissəsini lentə alıb. Kadrlarda erməni vandallarının evləri boşaldarkən hətta qapı-pəncərəni də sökərək maşınlara yığdıqları, özləri ilə apara bilmədiklərinə isə od vurub yandırdıqları görünür.

Qeyd edək ki, ermənilər Ağdam və Kəlbəcəri tərk edərkən orada evləri və mülki obyektləri yandırıb, meşələrdə ağacları qıraraq Ermənistana daşıyıblar.

Laçında lentə alınan son görüntüləri təqdim edirik:

Oxuməni.az