Sabah havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir

Sabah havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir

25 Noyabr 2020 14:32
435
Bəyəndim (0) Bəyənmədim (0)
Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Oxuməni.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Zaur