900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

25 Noyabr 2020 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu bildirib. O qeyd edib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

“Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib”.

Rüfət